Pulda oxumaq… Eeeee Türkiyədə oxumaq…

Deməli zad. YÖS-lə artıq 4-cü aydır ki Türkiyədə oxuyuram. Amma daha yeni gəlməyimə baxmayaraq, daha 4 aydır burda olmağıma baxmayaraq artıq evimizin biri satılıb ki mən buralarda oxuya biləm. Səbəb isə heç kimin bilmədiyi, yəni xarici tələbələrin heç birinin heç yerdə oxumadığımız Türkiyənin yazılmamış qanunlarına görədir. Problemsə puldur.

Deməli ilk məsələ belə oldu. Mən avqustun 20-si universitetimə qeydiyyat oldum. Və bir tanış azərbaycanlı uşaq Türkiyənin müvəqqəti vətəndaşlıq vəsiqəsini aldı. Mən də aldım o vəsiqəni orda yazılan bilgiləri oxudum. Və orda yazılıb ki “Xarici tələbələr 90 gün ərzində qeydiyyat şöbəsinə müraciət edib, Türkiyənin Müvəqqəti Vətəndaşlıq Vəsiqəsini almalıdır.” Məndə də hələ 51 gün keçmişdi Türkiyəyə daxil olduğumdan. Və getdim Qeydiyyat Şöbəsinə mənə dedilər ki, sən qaçaqsan hal-hazırda sərhəddən çıxıb geri gəlməlisən. Mən də orda yazılan şeyi dedim ki, bəs 90 gün idi? Mənə dedilər ki yox sərhəddən çıxış edib geri qayıtmalısan. Mən də etdim. Gürcüstana getdim və qayıtdım. Və sərhəddə məndən kalan pul cərimə aldılar. Bu ilk pul alma yöntəmi.

İkinci məsələ. Mən qayıtdım artıq Türkiyəyə və şöbəyə getdim sənədlərimi verdim sənəd almaq üçün. İndiysə mənə dedilər ki, Tibbi siğorta etdirməsən deport olacaqsan. Bəs mən də dedim ki, tibbi siğorta nə üçündür ki? Mənə dedilər ki bunu Tibbi Siğorta Şirkəti tələb edir. Mən də getdim ora. Ordan mənə dedilər ki, bəs bunu biz tələb etmirik sənə vəsiqə verəcək olan şöbə baxır. Və bu məsələdən sonra mən Azərbaycan Konsolluğuna zəng etdm. Ordan mənə dedilər kiı, sən Azərbaycan vətəndaşısan və Azərbaycanın Tibb Ocağından sağlamlıq haqqında sənəd alıb oraya təqdim etməlisən. Anam da bu sənədi mənə hazırlamışdı. Və onu gətirmişəm özümlə. Və mən öz etirazımı bildirdim ki bu da sağlamlıq haqqında arayışım tam sağlam bir insanam mənim siğortalıq bir xəstəliyim yoxdur. Yox əgər mənə bir şey olsa da özəl xəstəxanalardan dövlət xəstəxanalarından çoxdur və daha kalitelidir. Okay bununla da razılaşdıq. Və burda da pul söbəti var. Siğorta üçün də kalan pul ödəyib siğorta almalısan. Və mənə dedilər ki siğortaya gecikibsən cərimə də ödəməlisən. Halbuki bu siğorta zadı keçən və əvvəlki illərdə uyqulanmayıb. Bu il çıxıb bu hoqqa. Lakin mən buraya oxumağa gəlmişəm. Tam sağlam və daşıyıcı olmayan biriyəm.

 

Üçüncü məsələ. Bu ən yanıb töküldüyüm belə yanmaqdan əridiyim məsələdir. Mən heç. YÖS-lə illərdir hazırlığa gedib oxuyub öz alın təriylə qazandığı universitetə pul ödəmək. illik 10000 tl-yə kimi olan bölümlər var. Yəni belə baxsaq bizdə də oxuyaraq lakin pullu universitetlərdə oxumaq olur daaa. Bidə burdakilər dövlətdi. Yəni burda olan hər şey dövlətindir. Adam küçədə simit satır ona da iş sənədi və satış üçün izin sənəti alır. Yəni əgər mən alın tərimlə imtahan verib gəlmişəmsə niyə pul ödəməliyəm ki? Çünki dövlət müəllimlərə pul vermir. Müəllimlər tələbələrin puluyla maaş alırlar.

Yəni mən bilsəydim ki, atam orda gələcəyinə saxladığı evini satıb məni oxudacaq mən buraya gəlməzdim. Daha çox oxuyub elə özümüzün universitetlərində oxuya bilərdim. Amma ki, deyirləreee adamın başının üstündə Allahı var hə o tema dərsləri əla keçirlər və rüşvət buna görə hay hay-dı. Amma ki, yazılmayan qanunlara görə pul kəsib özlərindən qanun uydurmaq və buna da cərimə də kəsib kalan pul almaq… Hə bir də bunu demədim. Yeni gələn xarici tələbələrə bu zaddaması lazım olan sənədləri hazırlayın deyə məlumatlandırmırlar. Yəni ki o qanunlar yazılmadığına görə biz bunlardan xəbərdar deyilik. Gəlirik yaşıyırıq elə. Sonra da deyirlər bunlar var pul ver və kalan qədər də cəriməsi var onu da ver. Belə pul paylayan idimsə, Bakıda da mən rüşvət paylaya-paylaya bir neçə universitet bitirmişdim.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 10/12/2014, in Ümumi. Bookmark the permalink. Leave a comment.

Leave a comment