The Sea Inside

загруженное  “İçimdəki Dəniz”(Mar Adentro) ispan rejissor Alexandro Amenabarın rejissorluğunu etdiyi 2004-cü il istehsalı olan bioqrafik filmdir. Film real hadisələrə əsaslanaraq ssenariləşdirilib. Baş rollarda Xavier Bardem, Belen Rueda, Lola Duenas kimi aktyorlar iştirak edirlər.
Film vaxtı ilə gəmidə mexanik kimi işləyən Ramon Sampedro adlı ispan bir vətəndaşın həyatından bəhs edir. Bir gün dənizdə olarkən Ramon qəza ila üzləşir. Dənizə dalmaq istəyən Ramon, bilmədən dənizin dayaz hissəsinə baş vurur. Nəticədə başından ağır zərbə alır. Aldığı bu zərbə onun evtanaziya olmasına gətirib çıxarır. Bədəninin boğazdan aşağı hissəsini idarə edə bilmir. 30 il bu vəziyyətdə tək bir otaqda yaşayan Ramon, sonda ölmək qərarına gəlir. Lakin olduğu vəziyyət bunu özünün reallaşdırmasına mane olur. Çarəsiz qalan Ramon onu öldürməyi yaxınlarından istəmək məcburiyyətində olur. Lakin heç kim onun bu istəyini etməyə razılaşmır. Ramon onu öldürmələri üçün dövlətə müraciət edir. Onun bu qərarı məhkəmədə müzakirə edilir. Lakin məhkəmə də bu qərarın qəti əleyhinə çıxır. Hər kəs onu bu qərarından döndərməyə çalışır. Culia – onun hüquqlarını müdafiə edən vəkili və Rosa – onu həyatın gözəl olduğuna, yaşamağa dəydiyinə inandırmağa çalışan həyatına sonradan daxil olmuş biri – hər iki qadın onun daim yanında olurlar. Nə qədər insan Ramonu fikrindən daşınmağa sövq etsə də o, öz fikrində qalır. Onun yalnız bir istəyi var- ölmək!
Sanki ölüm onunçün sonluq kimi gəlmir. Ölüm son yox, bəlkə də başqa bir həyatın başlanğıcıdı onunçün. Həmin başqa bir həyat onu özünə çəkir. Və o, həmin həyata başlamaqçün ürəkdən can atır. O həyatda içindəki 30 illik dəniz həsrəti bitəcək. Hər gün qoxusunu aldığı dənizə qovuşacaqdı. Bir insanın özünü öldürtmək istəməsi. Yox bu adi intihar istəyindən çox fərqlənən bir şeydi. Filmə baxarkən “Kaybedenler Klübü” filmindən bir sitat gəldi ağlıma- “Ölümün olduğu yerde daha ciddi ne ola bilir?”. Bu sualın cavabını axtarmağa çalışın filmdə. Ölümünü gözləyən və həmişə gülən adam… …“Əgər qaça bilmirsənsə və başqalarından asılısansa gülümsəyərək ağlamağı öyrənirsən.”
Filmin sonluğunu yazmaq istəmirəm. Yazmaq istəsəm də, inanmıram istədiyim kimi, cümlələrlə təsvir etməyi bacaram. Baxdığım  filmlər içərisində ən yaxşı filmlərdən biridi bu film. Ramon obrazını Bardem çox gözəl oynayıb. Elə filmdəki roluna görə Venesiya festivalında “ən yaxşı aktyor” nominasiyasında qalib seçilmişdi. Ümumiyyətlə filmin mükafatları çoxdur. Film 2004-cü ildə “Ən yaxşı xarici film” nominasiyasında Oskarı əldə edib. Həmçinin eyni ildə, elə eyni nominasiyada “Qızıl Qlobus” mükafatına da layiq görülüb. Bunlardan əlavə Venesiya festivalında ən yaxşı film seçilmiş, “Qızıl Şir”ə namizəd göstərilmişdir.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 04/08/2014, in Ümumi and tagged , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: