Sağlığında qiymət verin insanlara!

Hər şeyin mükəmməl davam etməsi deyə bir şey yoxdur həyatda. Ayrılıqlar vardır içində ölüm olan. Əslində bundan qeyrisinə də ayrılıq demirəm mən. Canım dediyin, dost dediyin insanları itirmək var bu şirin dediyimiz həyatda. Buna görə də kimisə itirməzdən əvvəl bərabər keçirdiyiniz günlərin dəyərini bilin. Və itirdikdən sonra yaman darıxar insan. Halbuki yanında olanda darıxmırsan.

Həyat bir düzən üzərində qurulub. Sırası gələn gedər və bütün vədalar soyuq olar. Avqust ayındakı ayrılıq ilə yanvar ayındakı ayrılıq kimi. Yəni fəsillərin fərqi yoxdur. Üşümək istəyərsən birilərin yoxluğundan üşüyərsən. Riyaziyyat dərsindəki 0 kimi vecsiz olarsan. Bəzən həyatda elə şeylər olar ki, bəzən elə insanları vaxtsız itirərsən ki ömür boyu yadından çıxmaz. Əzbərləyərsən həyatın sənə yaşatdığı acını. Necə ki, vurma cədvəlini, 2+2=4-ü əzbərlədiyin və heç vaxt unuda bilmədiyin kimi.

İndiysə get yanında olanları qucaqla və qucaqlaya bilmədiklərinin dəyərini bil. Çünki qucaqlaya bilmədiyin vaxtlar olacaq. Var olanda qucaqlamadığın üçün çox peşman olacaqsan necə ki, indi mən çox peşmanam. Əlbəttə yenə güləcəksən, amma həyatdı sənin də qəlbin var, bax o qəlb ağlayacaq gözlərinin əvəzinə.

Vaxt keçdikcə həyatında olan yoxluqlara. boşluqlara öyrəşər insan. Bəlkə də buna görə deyiblər vaxt hər şeyin dərmanıdır deyə.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 24/02/2014, in Ümumi and tagged , , , , , . Bookmark the permalink. 1 Comment.

  1. coxx gozel meqaledi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: