Mən də etiraf edirəm ki…

Deməli belə. Bloqlarda etiraf həftəsidi bloqçular öz bloqlarında öz etiraflarını edirlər və öz bloqçu həmkarlarını yazılarına tag edib onların da etiraflarını yazmasını bildirirlər. Məndə Benovshe Xeyalperestməni tag etdiyi üçün öz etiraflarımı edirəm🙂. 

  •  Mən etiraf edirəm ki, yaşadığım şəhəri sevmirəm. Çünki buranın bəzi insanları boşboğaz və qiybətcildilər. Bu isə məni qane etmir.
  • Mən etiraf edirəm ki, qaranlıqdan və məzarlıqdan qorxuram. Səbəbini heç özümdə bilmirəm. Nəəm əşi qorxuram daa😦.
  • Mən etiraf edirəm ki, dindar olmağıma baxmayaraq, yaşam tərzim tamam fərqlidir. Bu mənim dini inancımdır. Həyatımın və yaşam tərzimin inancıma dəxlisi yoxdur.
  • Mən etiraf edirəm ki, bloqumu çooooooox sevirəm🙂. Kimsə məndən bloq nədir? – deyə soruşsa, bloq mənim simamdır deyə cavab verirəm.
  • Mən etiraf edirəm ki, qardaşımla heç cürə yola getmirik🙂. Bizim davalarımızdan qonşular o dərəcədə bezib ki, blokumuzda olan çox qonşu köçüb😀.
  • Mən etiraf edirəm ki, olduqca yaxın bir dostumu xəstə olduğu üçün itirmişəm. Və hələ də o dostumun məzarını ziyarət etməmişəm. Səbəbini az öncə qeyd etdim ki, məzarlıqdan qorxuram😦.
  • Mən etiraf edirəm ki, heyvanları hədsiz dərəcədə sevirəm. Hətta o dərəcədə sevirəm ki, artıq 4-cü gündür ki, vegeterian olmuşam🙂.
  • Mən etiraf edirəm ki, nə etiraf edim heç özümdə bilmirəm😀. Ağlıma gələn etiraflarımı yazıram elə😀.
  • Mən etiraf edirəm ki, maNga fanatıyam və evdə qardaşım məni lağa qoyur ki, bu nə mahnılardı dinləyirsən? Amma neynimeeeeee gözüm bu uşaqları yaman tutub🙂. Hətta iş yoldaşlarım belə məni bu fanatlıqdan daşındırmağa çalışırlar🙂.
  • Mən etiraf edirəm ki, bu bloq postun yazılış qaydasını Cavid Ağanın bloq postuna baxıb ondan copy etmişəm. Cavid sorry😀.
  • Mən etiraf edirəm ki, paxıl insanam😛. Mənim olan bir şeyi paylaşmağı sevmirəm. Tak şto məndən heç nə istəməyin😛.
  • Mən etiraf edirəm ki, etiraf etməyi elə də sevmirəm amma etiraf həftəsi olduğuna görə azda olsa etiraflarımı etdim.
  • Mən etiraf edirəm ki, elə deyəsən mənim etiraflarım bunlar idi🙂.

Hə mən öz etiraflarımı yazdım indi isə Konul Yazar Sultan, Nicat Etibar, Nilufer Elcinqizi etiraf etsinlər. Hə uşaqlar etiraflarınızı edin.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 13/12/2011, in Ümumi and tagged , , . Bookmark the permalink. 11 Comments.

  1. Axır ki bu etiraflar sayəsində tapdım səni🙂

  2. Mən etiraf edirəm ki, ayrılmağımıza baxmayaraq onu sevirəm! və gözləyirəm ki, nə vaxt unudacam!😦
    mən etiraf edirəm ki, Azərbaycanı sevirəm, ama burda yaşamaq planım yoxdu!😛
    mən etiraf edirəm ki, mamama mənə 300 manat lazımdı deyəndə əslində mənə 150 manat lazım idi. o biri yüz əlli manatı uşaqlarnan xərcləmişəm qubada.😉
    mən etiraf edirım ki, Rəşkaynan biz Şəkiyə festivala yox, Gəncəyə gəzməyə getmişdik!😉
    mən etiraf edirəm ki, universitetdə elə də çox dərs oxumamışam. ama qırmızı diplomum var.
    mən etiraf edirəm ki, heş biriviz mənə maraqlı döülsüz özümnən başqa🙂
    mən etiraf edirəm ki, Raya, heç axotum yoxdu, marağım da yoxdu comment yazmağa, tag eləmisən diyə yazıram🙂
    mən etiraf edirəm ki, etiraflarım hamısı dogru və səmimidi! bunu oxuyub satan adam dör🙂

    • Konul men etiraf edirem ki, bu etiraflari yazmagina sevindim🙂 amma bunlari oz blogunda da post kimi yazsan onda emelli basli etiraf olar🙂

  3. Xəyalpərəst

    Mən etiraf edirəm ki, mənim adımı Benovshe Xeyalperest yazdığın üçün və fb adresimi qeyd etdiyin üçün əsəbləşirəm. Çünki mən Azərbaycan şriftlərini sevirəm və fb işarələmisən deyə, dostluq göndərəcəklər, yenə əsəbləşəcəyəm.😦 Bloqumu qeyd elə adımda.😦

  4. Mən etiraf edirəm ki, ilk dəfə sizin bloq yazınızı oxuyuram🙂

  5. davamli olmagini gozleyirem =)))

  1. Pingback: Etiraf edən Bloggerlər… (Siyahı) « Etibarlı Mənbə…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: