Getdim, gəzdim, gördüm, qınadım, yazdım.

Yazıram ki, oxuyun. Oxuyun ki, bilin. Bilin ki, kəntdə yaşayan əhali nə cür şəraitdə yaşayır və nə əziyyətlər çəkirlər. Haqqında yazacağım kənt Şəkinin Baş Göynük kəndidir. Mənim qanımda da bu kəndin qanı axır. Çünki atam burada anadan olub və buralıdır. Nəysə həmişəki kimi uzadıram əsas məsələyə keçim.🙂

Mən bu kəndə ilk və sonuncu dəfə orta məktəbdə oxuyanda getmişdim. Və onda heç nədən xəbərim yox idi ki, əslində bu kəntdə nələr baş verir. Bəlkə də xəbərim var idi, ancaq olanları dərk etməyə ağlım, təcrübəm, biliyim çatmırdı. Və mən bu kəndə yenidən getdim. Olanların içində oldum, dəhşətə gəldim. Axı necə olur ki, insanlar bu cür həyatı yaşayırlar?

Qızlar sadəcə buna görə yaşayırlar ki, boya-başa çatıb tez ərə getsinlər. Uzağa getmirəm elə əmim qızı. Öz evində yaşamağa utanır ki, mənim yaşım keçib ata evində qalmağım düzgün deyil. Mənim ərə gedən yaşımdır. Axı niyə belə fikirləşməlidir? Sən ki anadan olduğun öz atanın evindəsən? Amma doğurdanda evdə onu çox sıxırlar ki, artıq nə qədər oturacaqsan bu evdə çıx get. Sizcə neçə yaşı var? 20 yaşı var. Bəli bəli çox gəncdir. Amma kənd sakinlərinin düşüncəsinə görə onun vaxtı keçib, evdə qalıb😀. Doğurdanda çox gülüncdür. Axı kəntdə niyə qızları oxutmurlar? Elə ağıllarında böyüyüb tez ərə verək düşüncəsiylə yaşayırlar. Hər bir insanın oxumaq hüququ var. Onların da həmçinin. Olmaz ki, oxusunlar sonra bu haqda fikirləşsinlər? Bay bay sən nə danışırsan Reyhan? Sən bizim qızların tərbiyəsini niyə pozursan? Bu sözü mənə kənt sakini deyib mənim sualıma cavab olaraq.

Hətta kəntdə uşaqların təhsil alması üçün yeganə bir məktəb var ki, oda kəntdən xeyli uzaqdadı. Kənt 2 hissəyə bölünür: Yuxarı Göynük və Aşağı Göynük. 2 hissə arasındaysa 9,10 kilometr məsafə var. Məktəbsə 2 hissənin tam mərkəzində yerləşir. Orta hesabla uşaqlar məktəbə getmək üçün 5 kilometr məsafə qət etməyə məcburdular. Bu isə belə bir problem yaradır. Məsafə uzaqdı deyə olduqca az sayda uşaq məktəbə gedir. Qızlarsa məktəbə heç getmirlər. Ona görə yox ki, məsafə uzaqdı. Ona görə ki, məktəbə gedən qızlara pis baxırlar.😀 qız evində oturub, ev işləriylə məşğul olmalıdır. Qız evdən çölə çıxmamalıdır. Oğlanlar da ki, qoyun, inək güdürlər. Məktəbə getmək olmaz heyvanları kim otladacaq bəs?

Həəəə keçim ən əsas problemə. Kəndin ən əsas problemi su problemidir. Heç bir evə su gəlmir. Qadınlar, qızlar suyu bulaqdan daşıyırlar ki, kəntdə də 1 bulaq var. Bulaqlar var amma çay suyu olduğu üçün çirklidi və yeganə 1 bulaqdan təmiz su gəlir ki, burdan su daşıyırlar. Və su daşımağa da bir barmaq edirlər. Belə bir məsələ var daa, oğlanlar qızlara baxsınlar diyə bulaq başına gəlib su daşıyan qızlara baxırlar. Və o anda su daşımağa gələn qıza da pis baxırlar ki, onu bəyənsinlər deyə gəlir su daşımağa. Ay tupoylar qızın evində su yoxdu, bəs bu suyunu daşımasın da neyləsin? Özüdə bütün işləri qadınlar görür kəntdə. Kişilər neyniyir bəs? Bu sual özümə də maraqlıdı çünki heç nə etmirlər. Bulaq başında oturub su daşımağa gələn gəlin, qızlara vedrə qoşurlar. Maraqlısı da bu du ki, qadınlar bu “kişilərə” dəhşət hörmət edib baş tacı edirlər.

İndi olmaz ki, yeni asfaltı dağıdıb yenidən daha bahalı asfalt tökmək əvəzinə, kəntlərdə olan bu cür problemləri həll etsinlər? heç olmasa yollarını asfaltlasınlar demirəm. Daşlarını düzəltsinlər ki, uşaqlar qaloşla məktəbə daha rahat gedə bilsinlər. Su çəksinlər, qaz çəksinlər. Oların ocaq qalayanda necə əziyyət çəkdiklərini görmüşəm. Dəqiqədə də çay isitmək üçün ocaq qalamaq olmur, yaxud da samavar qoymaq. Eyni şeydi belə baxanda. Hər iki cürdə ocaq qalamağa məcbur olurlar. Nəəm eeee oturub saysam nə qədər problem sayaram. ancaq əsas problemlər həll olunmadıqca xırdaların həllinə necə baxaq?

Əslində saysam problem çoxdu. Amma ən əsas problem mentalitetdi. Bu kimi yerlərdə bu cür steoretipləri öldürməkçün bilmirəm neyləmək lazımdı. Və zənnimcə düşünürəm ki, biz orda yaşayanlara yardım etməliyik birlikdə. Ən azından kəndlərə gedib onları maarifləndirə bilərik. Beyinlərində olan bu gic-gic fikirləri öldürə bilərik. Yeri gəlmişkən şəkil çəkə bilmədim çünki özümlə aparmamışdım. Buna görə də üzrlü hesab edin.🙂

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 11/09/2012, in Ümumi and tagged , , , , , , , . Bookmark the permalink. 13 Comments.

  1. Ehh caan🙂 neter maarifəndirək bir fikrin var? biz şəhərdə o qədər problemli olduöumuz halda onlara neyliyəcən?

  2. Azərbaycan üçün “normaldır”.

  3. biz o qızlara nisbətən xeyli maariflənmişik. Gedib orda maarifləndirə bilərik. Mən gedəndə etmişdim. Qohumları yığıb başıma danışmışdım.😀

  4. Reyhan bilmirəm sən tam olaraq nə vaxt getmisən kəndə ilk olaraq başlayaq su problemindən deyirsən evlərə su gəlmir və kənddə cəmi bir içməli suyu olan bulaq var heç razı deyiləm səndən fərqli olaraq mən kəndə tez tez gedirəm və kənd sakinlərinin yaşayışdanda agaham. Artıq bir neçə ildir ki demək olar kəndin böyük əksəriyyət evlərinə içməli su gəlir doğrudur bunu dövlət hesabına yox hər kəs öz hesabına kəçdirib ama fakt budur ki içməli su var.həmdə Şəkinin suyundan fərqli olaraq daha təmiz və daha duru. Kənddə sağlıqlarına qismət çoxunun evində hamam var və xatırladım ki hamam bulaqdan daşınan suyla işləmir.
    Keçək ikinci məsələyə deyirsən kənddə bir məktəb fəaliyyət göstərir əgər sən daha dəqiq maraqlansaydın görərdin ki kənddə bir yox iki 1№-li və 2№-li məktəb var və bundan başqa Şəki kəndlərində ilk olaraq Baş Göynük kəndində uşaq baxçası açılıb və hal hazırda iki uşaq baxçası fəaliyyət göstərir. Təhsilə qaldıqda isə biraz araşdırma aparsaq AMİ-nin Şəki filalında Baş Göynükdən olan təhsil işçiləri kifayət qədərdi məsələn:- Fərman Qəhrəman oğlu Ismayilov Fəlsəfə elmləri doktoru, professor, Humanitar elmlər kafedrasının müdiri. Bədiyev Sədrəddin Rəhim oğlu Pedaqoji elmlər namizədi, baş müəllim, Ümumelmi fənlər kafedrasının müdiri. Abdurahmanova Gülnarə Qurbanəli qızı Təbiət elmləri və tədrisi metodikası kafedrasının baş müəllimi. “Dillər” kafedrasının müəllimləri Nübar Rasim qızı Məsimova, Mətanət Vahid qızı Kərimova və.s. Bundan başqa Şəkidə elə orta təhsil müəssisəsi olmasın ki ixtasısdan asılı olmayaraq orada fəaliyyət göstərən müəllim və müəlliəmələr olmasın.
    Azərbaycanda isə Baş Göynüyün ziyalılarına nəzər salsaq – Calalov Qərib İsaq oğlu – texnika elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Geologiya İnstitutunun şöbə müdiri. İslamov Musa İsa oğlu – filologiya elmləri doktoru, professor. İsmayılov Fərman Qəhrəman oğlu – fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin professoru. Mahmudov Yaqub Mikayıl oğlu — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. BDU-nun qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri. Şərivov Abid Qoca oğlu — Azərbaycan Respublikası Baş Nazirinin müavini.
    Türkiyə Ankara Universitetində Kosmik təqdidatlar üzrə kafedra müdiri Rafiq Səmədov Baş Göynüyün yetirməsidir.
    Qızların təhsilini deyirsənsə Sən Azərbaycan tarixi kitablarını oxumuş olsaydın Göynük qızlarına savadsız vəya ərə getmək üçün can atan qızlar deməzdin. Çünki hələ 1930-cu illərdə tarix kitablarında cəmi 6 qadının şəkili vardı və bunlardan biri Baş Göynüklü Gülarə Köylü (Göylü)nün şəkili idi. Gülarə İbrahim Xəlil qızı Qədirbəyova Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (respublika hökuməti – red.) Qadınlar şöbəsinin müdiri, «Şərq qadını» jurnalının baş redaktoru olmuş və hər kəsin deyə bilmədiyi Qadın azadlığı ideyasını, qızların təhsili mövzusunu ön plana kəçmişdir.
    Qaldı ki sənin “Getdim, gəzdim, gördüm, qınadım, yazdım” adlı postuna düzdü getmisən, gəzmisən, sadəcə doğru görməmisən. Və doğru görmədiyin şeyləri qınamağa haqqın yoxdur. Sadəcə bir neçə oxumağa həvəsi olmayan və yalnız ər haqqında düşünən qızlara görə bütün kəndin qızlarına qara yaxmağında heç düzgün deyil. Çünki hal hazırda Baş Göynük kəndindən olan və müxtəlif ali təhsil ocaqlarında təhsil alan az qız və ya oğlan yoxdur. Hə bu arada kənt yox kənd yazılır. İşdi qızları maarifləndirməyə getsən belə səhvlər olmasın ki, sənidə qınamasınlar.
    Baş Göynüklü Tünzalə.

  5. 1. Problemlərə problem kimi baxmaq lazımdır. Yerlibazlıq etməksə heç yaxşı deyil.
    2. Mənə maraqlı deyil nə vaxtsa ordan alim, professor çıxıb. Mənə hal-hazırda baş verənlər maraqlıdı.
    3. Yəqin siz ora payızda, qışda getməmisiz. Mən gedəndə yağış yağmışdı və bulaq sularından palçıq axırdı qurdla qarışıq.
    4. O ki qaldı qızlara keçmişə nisbətən orda olan indiki qızların ağlında yalnız bu fikir var. Bunu sübut da edə bilərəm.
    5. Mən 1 məktəb gördüm. Hə iki məktəb var amma o biri məktəbə heç məktəb demək olmaz. Sinifdə ot bitir.
    6. Şəki Blogçular Klubu bu kəndə gedib hərəmiz bir problemi yazmışdıq. Niyə bu kənt? Çünki problemlərlə dolu bir kəntdi. Siz ya bunları görməməzlikdən gəlirsiz, ya da doğurdan bu problemləri görmürsüz.🙂
    7. Sizə söz verirəm ki, kəndə yenidən gedəcəm və əli boş getməyəcəm. Kamerayla gedəcəm. Özüm çəkib bura qoyacam ki, şərhsiz baxasız.🙂
    8. Əziyyət çəkib bu boyda rəy yazdığınıza görə çox saö olun. Amma yanaşmanız yalnışdır.🙂

  6. Demirəm problem yoxdur ümumiyyətlə günümüzdə problemsiz həyat yoxdur.Əgər görmək istəyəsdin kənddə problemlərin həlli üçün çalışan insanları görərdin. Yerlibazlıq deyil sadəcə doğma torpağını sevmək və insanlarına hörmət etməkdir.Ola bilər sənə alim professor maraqlı olmasın ama fakt fakt olaraq qalır və buda kəndin uğurudur.Qaldı sənin bir məktəb görməyinə deməli sən hər şeyi tam olaraq görməmisən ona görə daha dəqiq olsan yaxşı olar.Çünki sənin gördüyün otaqlarında ot bitən məktəb natamam orta məktəbdi tam orta məktəb isə iki dənədir.Kənd olmasın yaşadığımız şəhər olsun yağış yağanda onsuzda bütün sular lilli gəlir.Şəhərin mərkəzi yolları olmasına baxmayaraq keçilməsi mümkün olmur qaldıkı kənd yolları.Yenə bütün qızlara deməyə haqqın yoxdur sənin tanıdığn qohumlarından fərqli olaraq mənim daha çox tanıdığım var və onlar həyatın tək ailə həyatından ibarət olmadığını çox yaxşı başa düşürlər və evlənməkdənsə təhsilə və ya hər hansı peşəyə maraq göstərirlər.Yanaşmanın yanlışlığına qaldıqda sənin yanaşman daha yanlışdı çünki bir nəsilə görə bütün kənd əhalisini günahlandırmaq olmaz.

  7. Mence Tunzale xanimin yanasmasi daha realdir…………..

  8. dayan bashim qarishdi…Demey mektebe qoymurlar ki, qiz evde oturar, pis baxirlar, su yoxdu, bu ishi kishi gormur, bulag bashina gedene de mi pis baxirlar???? ozum olum onlardan biri olsaydim, evde oturub tvye baxardim seherden axshama kimi, qoy susuzlugdan gebersinler yada ozleri elesin, yorulublar day chayxanada oturmaqdan.

    • Hə Fatya belədir. Mən ora gedəndə yağış yağmışdı. Suları yox idi evdə. Dedim gedək su gətirək. Dedi olmaz bulaq başında oğlanlar oturur. Ordan su daşıyan qıza pis baxırlar. Özüm tək getdim ki, məndə olsa su daşıyım, oda ki suları lilli, qurdlu. Yağış yağmışdı diyə. Vəziyyət acınacaqlıdı. Həm yadındadısa biz bir dəfə getmişdik o kəndə. Blog yazmağa.

  9. 21 esrden danıwın, eradan qabaq yox Reyhan xanım.
    ;

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: