666 rəqəminin sirri…

Heç çox bilmək də olmur bu rəqəm haqqında. Həqiqətən də sirri rəqəmdir. Çox az məlumat var, olan məlumatlar isə o qədər qarışıq və fərqli versiyalardadır ki, insan lap çaşıb qalır. Nəysə, tam 3 saatımı bu rəqəmə görə sərf  etdim. Bu sirrli rəqəm haqqında Azərbaycanda bəlkə də 3-5 adamın bildiyi məlumatları sizlərlə paylaşmaq istəyirəm.

666 rəqəminin mənası Latın dilindən  gəlir əslində. Bu dildəki rəqəmlər və onların oxunuşu 666 – nı meydana gətirir. Mənası isə belədir: 666 – > 6+6+6=18, 18 – >1+8=9.

Latın dilində 9 çox müqəddəs  rəqəmdir və mənası isə “mən” deməkdir. 666 – nın şeytanın rəqəmi olub-olmaması haqqında da mübahisələr var. Bəzilərinə görə 666 sadəcə  bir rəqəmdir. Bəzilərinə görə isə 666 şeytanın rəqəmidir. Hər halda 2 – cilərin fikirləri və əsaslandırmaları daha ağlabatan göründüyü üçün, nəticə: 666 şeytanın rəqəmidir!

Yaxşı, indi bu mülahizəni sübut edim: Latın dili və Yunan dili  qarşılıqlı inkişafda olan və bir-birinin inkişafına kömək olan dillədir. Ərəb dilində “şeytan” adlanır həmin varlıq. Yunan dilində isə “sheithan” kimi yazılır və yunanlar özləri isə bu varlığı “teitan” yəni “titan” adlandırırlar. “Teitan” latınlara yunanlardan keçib. Bu sözə, yəni “teitan” sözünə daxil olan hərflərin rəqəm formasına salınmasından latın dilində 666 alınır.

Yunan dilində “Adəm və Həvva” – nın adlarını rəqəmə çevirdikdə yenə ortaya 666 çıxır: Adəm yunanca = 18, Həvva yunanca = 37. 18×37=666

Bütün Roma rəqəmlərinin kiçikdən böyüyə yazılışının cəmi də 666 rəqəmini verir: D=500, C=100, L=50, X=10, V=5, 1=1, cəmi= 666 edir.

666 rəqəmi 665 rəqəmindən sonra gələn rəqəmdir. İncildə bu rəqəm dünyanın sonunu gətirəcək, rəqəm kimi göstərilir. Mənim fikrimcə, ən maraqlısı isə odur ki, İncildə ən birinci yazıldığı dil “İbrani” dili idi. Həmin “İbrani” dilində 666 – nın yazılışı bu şəkildədir: “www”. Buradan da bir sual ortaya çıxır. Bəs onda niyə bütün saytlar “www” yazılaraq açılır? Hələ ki bu sual da cavabsız olan suallar arasındadır. Bəziləri isə bunu “world wide web” olaraq göstərirlər. Ancaq bu da mənasız məna verir. 666 rəqəminin Qurani Kərimlə qəti şəkildə əlaqəsi yoxdur! Bunu unutmayın!

Xristian dinində 666 rəqəmi şeytanın çağrılması rəqəmi kimi də məlumdur. Qədim xristian miflərindən birinə görə, rahib içinə şeytan girən bir insandan soruşur : – adın nədir? İçinə şeytan girmiş insan isə cavabında 3 dəfə 6 – ya kimi sayır. Yəni, 6, 6, 6 = 666.

Bundan əlavə, məhşur Nostradamus 21 – ci əsrin 666 ilə bağlı  olan bir şey, ya da bir kəs tərəfindən idarə olunacağını demişdi. Yenə də 666. Bu yazını 666 rəqəminin həqiqətən də qeyri-adi rəqəm olduğunu bir daha sübut edən başqa bir riyazi hesablama qaydasını göstərməklə bitirmək istəyirəm.

666 rəqəmi 3 ədəd 6 – dan ibarətdir. 3×6=18,bu rəqəm 6-dan 3 dəfə böyükdür. 3 rəqəmi isə 6-dan 2 dəfə kiçikdir.

Gördüyünüz kimi, 666 rəqəminin açılışını nə qədər etməyə çalışsanız da, sizdən əl çəkməyəcək yeganə bir rəqəm var o da – “666” !

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 27/09/2011, in Uncategorized and tagged , , , , , , , . Bookmark the permalink. 14 Comments.

  1. Gözəl. Bilmədiyim məlumatlar var idi, post sayəsində öyrəndim. Təşəkkürlər araşdırma üçün.

  2. Deymez ferid borcumdu =)

  3. Çox maraqlı idi.Məlumat üçün təşəkkür…

  4. Dəhşət maraqlı idi. Bu qədər əziyyət çəkmisən , halaldı

  5. Cox sag olun Ilkin ve Orxan sizin xosunuza gelsin deye yazmisam zaten =))))))00

  6. 666 rəqəmi 3 ədəd 6 – dan ibarətdir. 3×6=18,bu rəqəm 6-dan 3 dəfə böyükdür. 3 rəqəmi isə 6-dan 2 dəfə kiçikdir—Birincisi… Bunun ətraflı izahını versəydiniz daha gözəl olardı.. Nə demək istədiyinizi…
    İkincisi…. Mövzunu dərində öyrənin sonra yazın… “world wide web” yox “worl wide window”…Bunun isə mənası aydındır… Dünya genişliyində pəncərə…

  7. men bu melumatlari internetden aydinlasdirib yazmisam. www menasida world wide webdir- dunya horumcek toru. menasi da budur ki internet horumcek toru kimidir melumatlar eyni menbeden muxtelif semte yayilir ve yeniden ozune qayidir yazanin. yeni ki horumcek torunun qurulusu necedirse internetden yayilan melumatlar da hemcinin o cur hereket edir. o reqemlerin de menasi rizayyatdan anlayan aciq basa dusur. Hesablama apardigin surece 666 reqemini hansi rizayi mesele ile hell etsen yeniden 666 alinir. men bu riyazi meselelerin hamisini yazardim ama kolbasa yazi olacaqdi. buna gore biriyle kifayetlendim. yeni bu riyazi meseleni bolsen de, vursan da, toplasan da, cixsan da 666 alinir. Yoxlaya bilersiz =)))

  8. yasim sizden az olsada bu linke baxmaginizi meslehet gorerdim =)))
    http://az.wikipedia.org/wiki/Ümumdünya_hörümçək_toru

  9. maraqli idi tsekkur

  10. TAlib senin yazinda nese aqressiya his olunur. yoxsa bunlarla bir elaqenmi var? neyi gostermek istirsen?:)))))) cox bildiyini?

  11. Ela melumatlar var idi.

  12. 123—456—789
    6—–15—–24
    . 6——6——-6

    Bu da mənim acdıgım sir.İmkanınız olsa youtubda Facebookda Mason simvolları adlı videonu izləyin.Orda da sübut etmişəm ki facebookda 666 yazılıb.Həmcinin Mason yazısı yazılıb.Və 2 buynuzlu tək gözlü şeytan təsviri var və daha cox sirlər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: