Gördün, çək! Eşitdin, yaz!

Keep Calm and Blog On2009-2010 ərəfələri olardı bütün Qeyri-Hökümət Təşkilatları layihələrini, güclərini sırf sosial mediaya həsr etmişdilər. Yaxşı layihələr olurdu. Blogçular bir araya toplaşırdı. Adam həvəslənib o layihələrdə iştirak etsin deyə blog yazırdı. Elə blogosfer özü. 125  ən yaxşı blogçular toplaşırdı. Hamı blog yazırdı. Amma indi o ən yaxşı 125 blogçudan təxmini 15-i davamlı olaraq blog yazır. Qalanlarını isə yazan görmürəm. Mən çox istəyərdim ki, blogçuluğa olan maraq ölməsin. Gənclərimiz asudə vaxtlarında oturub yazmaqla məşğul olsunlar. Buna görə də qərara aldım ki, 2-ci dəfə blog haqda yazı yazım. Bəlkə maraqlanıb, oxuyub blog açmaq həvəsinə düşən olar. Ümid edirəm ki, olar.🙂 İndi keçim blog haqqında 1-2 bildiyim zadları yazmağa.😉

   Blog nədir?

Blog veb və log sözlərinin birləşməsindən əmələ gəlib mənası internet gündəlik deməkdir. Blogda yalnız blogçunun (blogu yazan şəxs) öz fikirlərindən ibarət yazı, video, şəkillər olmalıdır. veb 2.0 alətidir.

   Necə blog yazmalı?

Blogu yaratmaq üçün münasib bildiyiniz bir platforma seçirsiniz. Məsələn: wordpress.com, blogspot.com, tumblr.com, livejournal.com və s. Mən ən uyğun blog platformalarını yazdım. Ən sadə platforma isə wordpress-dir. Blog başlığı seçirsiniz blogunuza. Və https://steepup.wordpress.com/2012/03/26/wordpress-n%C9%99dir/ bu postda yazılan təlimatları yerinə yetirib özünüzün blogunu yaradırsınız.

   Blogçu kimdir?

Blogu yaradıb, yazan şəxsə blogçu və yaxud blogger deyilir.

 Blogun neçə növü var və hansılardır?

Blogun 4 növü var:

1) Yazana görə;

  • fərdi;
  • kollektiv
  • korperativ

2) Mövzuya görə;

  • ümumi
  • ixtisaslaşmış

3) Məzmuna görə;

  • mətnli blog
  • videoblog/ vblog
  • fotoblog
  • mikroblog/ twit
  • podcast/ blogkast

4) Məzmuna görə;

  • platforma üzərində qurulmuş
  • tək qurulomuş
  • mobil blog

   Nə üçün məhz blog?

Çünki insanlar getdikcə internetdən istifadə edirlər. İnsanlar məlumatı KİV-lərdən deyil şəxsi fərdlərdən öyrənmək istəyirlər. İnteraktivdir və qalıcıdır.

   Blogçu necə olmalıdır? 

Cəmiyyətə deməyə bir sözü olmalıdır. Və blogçu heç vaxt gördüyünü paylaşmaqdan çəkinməməlidir. Daim kəşfiyyatda olmalıdır hadisə baş verən anda onu lentə almağı bacarmalıdır.

Blogçu üçün nə lazımdır?

Elə də çox və vacib şeylər lazım deyil əslində. Mütəmadi internetə çıxış və video-foto çəkən telefonunuzun olması kifayətdir. O da ki indi hamıda var bular.🙂

Əgər qaranlıq qalan bir məsələ qalsa aşağıda şərhlərdə sualınızı verə bilərsizin. Blogçuluqda hamımıza uğurlar.  Bloglayaq dostlar!🙂

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 14/10/2013, in Ümumi and tagged , , , , , , , , , . Bookmark the permalink. 3 Comments.

  1. həvəsləndirdin :))) gedib blog açajam!🙂

  2. mən çoxdandı blog açıb yazmaq istəyirəm sadəcə cəmiyyətdə gördüyüm,rastlaşdığım hadisələr o qədər beynimdə dövran edir ki nəyə necə başlauım bilmirəm.mövzu bol amma fikirler qarışıq ya da yetersiz

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: