Müasir Azərbaycan gəncliyi… ERROR!

İndi internetdə görüşüb tanış olurlar, internet yazışmaları ilə bir-birlərini sevirlər, eşq elan edirlər, razılığa gəlib ailə qururlar. Bəlkə də aylardan bəri danışdığı qız iki məhəllə o tərəfdə yaşayır. Dəfələrlə üz-üzə gəlirlər, eyni avtobusla işə gedirlər, eyni mağazadan alış-veriş edirlər, ancaq ünsiyyətləri yoxdur, bir-birlərini tanımırlar. İnternetdə isə çox asanlıqla ünsiyyət qurub könüllərinin “ən dərin hisslərini” bir-birinə elan edərək, ailə qurmağa qərar verirlər. İndi sevgilərdə modernləşib. Ailə qurmaq üçün televiziya proqramalarına gəlirlər utanmadan, çəkinmədən açıq-aşkar elan edirlər ” bu yaşda, bu başda adam axtarıram”. 20 il əvvəl kimə desəydin ki, bir vaxtlar evlənmək istəyən televiziyaya çıxıb elan verəcək, inanmazdılar.

Mən çox təəssüf edirəm ki, bizim gənclər məhz ” ERROR” – luğa doğru gedir. Məndən uzaq )). İndi də yeni dəbə düşüb Bakcell (“Allah canını sağ etsin”) facebook sosial şəbəkəsini pulsuz edib. Bu fürsətdən istifadə edən “ERROR” – ların sayı durmadan artır. Mən əvvəl-əvvəl buna sevinirdim ki, gənclərimiz müasirləşir, sosiallaşır. Ancaq mən indi başa düşürəm ki, web 2.0 alətlərini “CHAT” – dadırlar. Artıq Bakcell facebook-u elə bir vəziyyətə gətirib ki, facebook deyəndə ağla ilk chat saytları gəlir. Bəlkə yalan deyirəm? Bəlkə mənim kimi az silibsiz avara qız tutan oğlanları? Nəysə bu da bir yana.

Gələk evlənmə verilişlərinə. Mən konkret bu verilişlərdən elektrik ala bilmirəm. Nədi ala bilmirəm dəə? Voltum zəifdi elektrik almağa gücüm çatmır. Ən utandırıcısıda budur ki, qoca bir nənə çıxıb oturur ekran önündə, saçının ağlığından utanmadan deyir ” elektrik ala bilmədim”. Ay nənə qurban sənə, hələ ki yaşayırsan, nəfəsin çıxır buna da şüküret. Hələ sənin elektrik alan yaşın deyil çox cavansan gözlə bir azda qocal sonra deyersən. Gördüz nəinki Azərbaycan gəncliyi, hətta Azərbaycan ağsaqqallarıda… ERROR!

Əlqərəz çox uzatmayım yoxsa doğru-düzgün bir şey qalmayacaq yazmağa. Biz elə ERROR gəlmişik, ERROR da gedəcəyik. yazıb özümü niyə yoruram ki? Anlayan anlasın, anlamayan da CHATdatsıneee!

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 15/11/2011, in Ümumi and tagged , , , , . Bookmark the permalink. 10 Comments.

  1. bilirsen bunlar hamisi normal bi seydir insan tv dede evlene bilr virtual da seve biler. amma butun bunlar normal heyata kecirilse. teessuf ki bu debilxanada her sey bayagilasmaga mehkumdur. bu iylenmis beyinler olkesinde bele curuklerin cixmasi normaldir buna gore eseblesmeye deymez😉

  2. nece yeni? mence relationshipini “aile” derecesine chatdiran insanlar hech olmasa shekillerden de olsa bir birilerini taniyarlar, yox? =D….he yazig facebook….o da “zibillenir” yavash-yavash…

  3. Belke men yalanci sekil qoymusam hardan bilesen? beke men qoydugum sekil emi qizidi? sen meni taniyirsan bilirsen ki menem ama qiraqda olan menim seklime baxib hardan bilsin menem ya yox. He Fatya tam raziyam artiq facebookun zibilini cixardiblar =))) CHAT-xana usaqlari =)))

  4. Yucin menim catdirmaq istediyim de ele budur =)

  5. burda ne tvin nede internetin günahı yoxdu yaxşı düşünün. inkişaf etmək müasir olmaq o deyilki terbiyesizleşesiz! internetde sefehde var ağıllıda. sizin görüşlernize ve düşüncenize göre hamını bir gözdə görsüz. əgər internet pis bir şeydise niye burdasan? niye fb seyfenvr?

  6. men bulari nezerde tutmamisdim menim yazii tam diqqetle oxumamisiz. ve mahiyyetine varmamisiz bir daha diqqetle oxumanizi xais ederdim =)

  7. Cox gozel mende bunun terefdariyam ama bloguma gorduklerimi yaziram buna gore movzulara ferq qoymura hamisi menimcun movzudu ve yaziram, yazmaqdannda cekinmirem.

    • texnologiyanın yada yeni bir şeyin icad olunmasın insanlar üçün ziyan olunsun dye keşf edilmiyib. məsafələr qısalsın, yeni mektub yazmaq asanlaşsın ve s. telefonun icadın ne ziyanı var ama bəzi insanlar bəzi məqsdlər üçün istifadə edirsə bunun telefonla, internetle deyil hemin insanda problem varki doğru yolda istifadə etmir. inşallah anlamışsınızdır ne demek istediyimi.

  8. I every time spent my half an hour to read this website’s posts everyday along with a mug of coffee.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: