Xoş getdin 2014…

Hamı kimi indi sizlərlə şablom sözləri paylaşmayacam. Yəni ki, ay nə bilim yeni insanlarla tanışdım, yeni bir şeylər oldu, yeni zırt pırt oldu. Sadəcə 2014-cü ildə mənim üçün həyatı boyunca unutmayacağım 2 hadisə oldu ki, 2014-cü il də mənim yaddaşımda belənçinə qaldı. O 2 hadisəni sizlərlə paylaşıram. Doğrusu bilirsiz amma, mən yenə də yazım.

1545062_348892851919997_1193133642_nİlk hadisə həyatım boyunca unutmayacağım İsa Şahmarlının ölüm hadisəsidir. Bu 2014 22 yanvar tarixində baş vermişdi ki, mən hələ də bu hadisədən sonra özümə gələ bilmirəm. Çünki heç gözləmədiyim və mənə çox yaxın olan insandan bunu hüç vaxt gözləmirdim. 4 ay İsayla bir evdə və bir otaqda qalmışam. Hətta qorxduğum vaxtlarda mənlə yatırdı.🙂 YƏni doğmaydıq bir-birimizə. Hətta bir gün anam gəlmişdi bizə. İsanı gördü dəli oldu ki, sən oğlanla qalırsan? Mən də heç nə demədən işə getdim. Axşam gəldim gördüm ki, anam İsayla birlikdə təmizlik ediblər, yemək bişiriblər mənə. İsa ölən gün anama zəng edib onun öldüyünü deyim. O gecə qatarla Bakıya gələcəydi amma bizi yasa buraxmadıqları üçün gəlməyinə icazə vermədim.

İkinci hadisə isə illərlə gözlədiyim Türkiyədə təhsil.🙂 Əslində bu məsələ artıq çox ucuzlaşıb. Bunu bura gələndə öyrəndim. Yəni hər yerindən duran, 2-nin üstünə 2 gələ bilməyən atestatla Türkiyədə təhsilə qaçır. Amma bu mənim uşaqlıqdan olan xəyalımdı bunu həyata keçirməliydim və nəhayət bunu bacardım.🙂

Əslində elə də maraqlı bir il yaşamadım. Kimlər gəldi, kimlər getdi həyatımdan bu il.🙂 Başlıqda da dediyim kimi, şablom şeyləri yazmayacam. Bu 12 ay ərzində mənim üçün bu iki hadisə baş verdi və bunlar həyatımda bir iz buraxdı.🙂 yazım bu qədər gənclər.🙂 2015-ci iliniz uğurlu olsun deyirəm. Və pis hadisələrlə deyil yaxşı hadisələrlə yadda qalsın. Və mənim kimi ilin yekununda yaşadığınız pis hadisələri yox, sevincli anlarınızı yazıb oxucularınızla paylaşmağı arzu edirəm. Happy new year people😉

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 31/12/2014, in Ümumi and tagged , , , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: