Min möhtəşəm günəş…

imagesHərdən Pakistanda, İraqda, Suriyada, İranda doğulmadığıma görə var olan, var olmayana şükr edirəm. Bəxtim gətirib deyirəm. Düzdü bizim ölkədə də hər şey möhtəşəm deyil amma yaşamaq olur. O insan yaşayır ki, öz hüquqlarını bilmir və yediyi çörəyə görə şükr edir. Halbuki o çörəyi yemək onun haqqıdır. Nəysə uzatmıyım. Yazmaq istədiyim post Xalid Hüseynin “Min möhtəşəm günəş” kitabı haqqındadır. Başlayım kitabı oxuduqdan sora yaşadığım təəsüratları sizinlə bölüşməyə.

Kitabda tarixi faktlar çoxdu. Və Pakistanda yaşayan qadınların nə şəraitdə yaşamasından bəhs edir. Əsasən də 2 qadının talehsizliyindən bəhs edir. Necibullahın necə devrildiyi, Talibanın ölkəni necə ələ aldığı. Hər şey yazılıb.

Deməli kitabda Taliban hakimiyyətə gələndən sonra ölkənin qanunları açıqlanıb. Və bununla da qadınların qara günləri başlayıb. Qanunları sadalayım:

  • Qadınların çölə çıxması qadağandır.
  • Üzünüz açıq halda ictimai yerlərdə gəzmək qadağandır.
  • Makyajdn istifadə etmək qadağandır.
  • Zinət əşyaları taxmaq qadağandır.
  • Gülmək qadağandır. Əks halda qamçılanacaqsınız.
  • Dırnaqların boyanması qadağandır. Əks halda barmaqlarınız kəsiləcək.
  • Qızların məktəbə getməsi qadağandır. Bütün qız məktəbləri bağlanacaqdır.
  • Qadınların işləməsi qadağandır.
  • Mahnı oxumaq qadağandır.
  • Musiqi dinləmək qadağandır.
  • Televizora baxmaq qadağandır.
  • Çalğı alətlərindən istifadə etmək qadağandır. Əks halda əliniz biləkdən kəsiləcəkdir. Bir daha istifadə etsəniz ayağınız kəsiləcəkdir.
  • Kitab yazmaq, film izləmək, şəkil çəkmək qadağandır.

Və s. bu kimi gic-gicə qadağalar. Yox bular elə də qədim tarixdə olan qanunlar deyil. 20-ci əsrin ikinci yarısında Pakistanda olan qanunlardır. Və bu qanunlardan bir çoxu hətta qüvvədədir. Belə çox dəhşətli.

Hətta kitabda deyir ki, qadınların xəstəxanadan istifadəsi də qadağandır. Belə bir səhnə var Leyla hamilə olur və uşaq dünyaya gətirməlidir. Lakin Talibanın qanunlarına görə kişi və qadın xəstəxanaları ayrılıb. Və xəstəxanada təkcə kişi həkimlər işləyir buna görə qadın o xəstəxanada yata bilməz. Qadın xəstəxanası isə ümumiyyətlə yoxdur. Yəni əgər bir qız uşağı və qadın hər hansısa xəstəlikdən əziyyət çəksə öz evində ölməyə və necəsə bir yolunu tapıb özü sağalmağa məhkumdur. Yox bunlar sadəcə kitabda yazılan uydurulmuş bir hekayə deyil. Doğurdan da Taliban hakimiyyətə gələndən Pakistanda vəziyyət bu vəziyyətdədir.

Və qadın zorakılığı. Qadınların əri tərəfindən döyülərək öldürülməsi qanunidir. Bəli bəli qanunidir. Əgər polisə bununla bağlı şikayət edərsəniz, ərizəniz geri qaytarılacaqdır. Çünki ölkədə qadın hüquqları yoxdur. Qadınlar sadəcə bir əşyadır. Qadınların hüquqları öz həyat yoldaşlarından asılıdır. Yəni döyülərək, min cür işgəncələrlə öldürülməsi ölkədə normaldır.

keep-calm-and-reed-a-book Hələ çox şeydən yaza bilərəm. Amma çox uzun və yorucu olsun istəmirəm. Bu yazı sadəcə motivasiyadır. Bu kitabı oxumağa və ümumiyyətlə kitab oxumağa. Bir dahakı belə bilgilərlə dolu kitabımı oxuyanda öyrəndiyim bilgiləri sizinlə də bölüşəcəm. Mən bunları bilmirdim. Buna görə də çoxlu kitab mütaliə etməlisən ki dünya görüşün, biliyin artsın.🙂

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 07/12/2013, in Ümumi and tagged , , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: