Barrel barrel nefti var ölkəmin ay ölkəmin

neft_3Artıq banklara qızıl və yaxıd da ki pul əmanəti yatırmağa ehtiyac yoxdur. Neft ölkəsi olan Azərbaycanda benzinin qiyməti şok olunacaq qədər bahalaşıb. Alın bir çəllək neft, saxlayın öz zirzəminizdə getdikcə qalxacaq qiyməti zatən.

Baxmayaraq neft ölkəsiyik, baxmayaraq bir çox böyük ölkələrə neft ixrac edirik, baxmayaraq Xəzərin hər köşəsindən neft çıxır zato inkişaf edən ölkəmizdə neft bahalaşdı. Hətta əldə etdiyim statistikayla neft ölkələrində benzin qiyməti ilə də sizi tanış edə bilərəm(bu statistikanı Meydan TV-dən əldə etmişəm): İri neft istehsalçısı olan ölkələrdə yanacaq qiymətləri;

 

  • Venesuela – 0.03 ABŞ dolları
  • İran – 0.12 ABŞ dolları
  • Küveyt – 0.2 ABŞ dolları
  • Səudiyyə Ərəbistanı – 0.3 ABŞ dolları
  • Birləşmiş Ərəb Əmirliyi – 0.46 ABŞ dolları
  • İraq – 0.98 ABŞ dolları
  • və nəhayət Azərbaycan – 1.02 ABŞ dolları.

1452244_784176018275062_1691698240_nBu artımdan belə bir nəticəyə gəlmək olar. Benzinin bahalaşması bir başa nəqliyyata da təsir edəcək. Belə ki, avtobuslar bahalaşacaq, metroda qiymət artımı olacaq yenə. Və əsasən də nəqliyyatdan daha çox 50 manat stipendiya alan tələbələrin və 120 manat maaş alan bir çox dövlət işçilərinin istifadə etdiyini nəzərə alsaq… Və beləliklə xalqım aclıq, quraqlıq içində yaşayacaq. Nə gözəl🙂.

Hələ bu harasıdır, yumurtanın da qiyməti 15 qəpiyə qalxıb. Toyuq bilsə ki belədi, yumurta əvəzinə qızıl yumurtduyar.😀 Hələ bular harasıdır ki, Elektrik, ətin də qiymətləri qalxıb bugün aldığım məlumata əsasən. Yoxeeee hələ bu harasıdır ki, avtomatik qazın, bir çox yeyinti məhsullarının qiymətləri də qalxacaq. Siz isə yatın. Seçkilərdə gözünüzün qabağında saxtalaşdırdılar amma səsiniz də çıxmadı. Di minib çapsınlar sizi.🙂

 

 

 

 

 

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 06/12/2013, in Ümumi and tagged , , , , , , , , , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: