Yaşamaq üçün tikirik, amma…

Həyatı qoruyun!Tikinti işləri aparılan ərazilərdə diqqətsizliyə çox rast gəlmək olar bu ölkədə.Axı niyə bəzi tikinti şirkətləri işlətdiyi fəhlələrin təhlükəsizliyini təmin etmir və bu tikinti şirtəklərinə nəzarət yoxdu? Nəyinki fəhlələrin hətta tikinti aparılan ərazidən keçən piyadalarin da. Yəni bu yazını hər tikinti şirkətinə şamil etmirəm. İndi rastlaşdığım 2 hadisəni sizə danışacam.

Rastlaşdığım ilk hadisə Şəki şəhərində olub. Deməli biz yaşadığımız ərazidə tikinti işi aparılırdı. Qarabağ əlilləri və yaşlılar üçün bina inşa edirdilər. Çox gözəl, savab iş görürlər. Amma bir dəfə aynadan baxırdım gördüm nəsə səs-küy var. Çıxdım gördüm ki, ehtiyatsızlıqdan fəhlələrin biri direllə işləyərkən mismar direldən çıxıb və gözünə girmişdi. Yəni gözü təmiz axmışdı göz yox idi uje göz yuvasında. Camaat yığılışdı ki təcili tibbi yardım maşını çağırsınlar. Ancaq inşaata nəzarət edən prorab icazə vermədi təcili yardım çağırmağa. Niyə? Çünki təcili yardım gəlsəydi polis də gələ bilərdi və fəhlələrin təhlükəsizliyi ilə məşğul olmadıqları üçün inşaatı saxlaya bilərdilər ya da ayrı şirkətə verə bilərdilər inşaatı. Əvəzində isə nə oldu? Fəhlə gözsüz qaldı və kompensasiya ödəmədilər təbii ki. Ancaq fəhlənin təhlükəsizliyi üçün ona qoruyucu eynək versəydilər, bir insan gözsüz qalmazdı. Ümumiyyətlə tikintiyə baxırdım aynadan həmişə. Ancaq fəhlələrin təhlükəsizliyi üçün heç bir qoruyucu geyimdən istifadə olunmurdu. Nə papaq, nə eynək, nə də ki əlcək.

ev tikinti

Bax budur Azərbaycan “standartlarına” uyğun fəhlə forması.

baku-property_tmir_tikinti_firmas_203

Ancaq əsl standartlara uyğun olan fəhlə forması belə olmalıdı. O da nərdeeee türklər demiş. Düzdü böyük tikinti şirkətlərinin işində bu formaya rast gəlmək 0lar. Amma rayonlarda olmur axı bu forma?!

1075620_692437557448909_318447754_nİndiysə danışım digər hadisədən. Tikintiyə nəzarət olunmadığı üçün və təhlükəsizlik qorunmadığı üçün bir insan həyatıyla vidalaşdı. Təhlükəsizlik ucbatından bu ayın 15-də Bakının Lermontov küçəsində, Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən doqquzmərtəbəli binadan böyük daş parçası qoparaq aşağıdan keçən gənc oğlanın başına düşüb. 1991-ci il təvəllüdündə Rövşən Hüseynov. Vəziyyəti ağır olaraq xəstəxanaya yerləşdirilmişdi. Təcili qan köçürülməli idi. Ölməsinə səbəb qanın tapılmaması olmadı. Ölməsinə səbəb beynindən travma alması oldu.

Yəni nə bilime. İnsan elə bir məxluqdu ki, nəysə etmək istəyəndə ancaq öz məqsədlərini, öz xeyrini güdür. Qıraqdakı insan isə vecinə olmur. Yəni kimə nə istəyir olsun, təki mənim işlərim avand olsun ideologiyası ilə yaşayır əksər insan. Yəqin ki, hər iki gəncin ailəsi zərər çəkdikləri tikinti şirkətlərini məhkəməyə veriblər və bu işlə məşğuldurlar. Buna ümid edirəm.

Sonda isə bir mahnı linki paylaşıram sizinçün.( http://www.youtube.com/watch?v=cjVQ36NhbMk) Videonu yükləyə bilmədiyimçün link paylaşdım.

Çox super bir mahnıdı və bir başa mövzuyla əlaqəsi var müəyyən qədər.

Gələn yazılaradək.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 20/07/2013, in Ümumi and tagged , , , , , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: