Atalarımızdan qalan sözlər.


Ən hikmətli sözlər – Atalar sözləri. Tərifi belədir. Bu bir zarafat yana olan bir yazıdır. Yəni heç nəyi ciddiyə alıb məni tənqid atəşinə tutmayın.🙂 Başlayım yazmağa.

  • Abad məclis aşığından bəllidir. – İndi məclislərdə təkcə ara mahnılar oxuyurlar. Məclislərimizin bərbadlığı bəllidir.
  • Abır harda, çörək orda. – Modellər, foto modellər, streptizlə məşğul olanlar, müğənnilər, aktyorlar abır güdən insanlar deyil amma pullarını balta kəsməz.
  • Ac adamı qurd yeməz. – Qurd nə bilir mən acam, ya yox?
  • Adam adıyla tanınar. – Məsələn mən bir aktyor tanıyıram amma adını bilmirəm. Filmlərdə də tez-tez görürəm.
  • Axtaran tapar. – Gümüş üzüyümü itirmişdim. İtdi deyib axtarmadım, aylar sonra tapıldı.
  • Allah böyüklərin xasiyyətini kəssin. – …?😀
  • Asta qaçan namərddi. – Köklər ağır olduqları üçün bərk qaça bilmirlər. Deməli kök adamların hamısı namərddi.
  • Avara itin hörməti olmaz. – Məşğul olan it görməmişəm. Yeri gəlmişkən itləri çox sevirəm.
  • Bala baldan şirindir. – Dadına baxmamışam.
  • Bayraməlisiz toy olmaz, Qəmbərsiz düyün. – Bu adlı adam tanısam toyuma dəvət edəcəm söz verirəm! Sizin xətrinizə dəyəsi deyiləm ki?
  • Bez geyərəm, düz gəzərəm. – İndiki bezlər uşaqların ayağını əyir.
  • Bilən az deyər, bilməyən yüz. – İndi deməyəndə deyirlər passivsən.
  • Bir qız bir oğlanındı. – Ərəblərdə və bəzi müsəlman ölkələrində 4 qız bir oğlanındı.
  • Bu qırğına xan dözməz. – Bizimki isə deyir: “Bəlkə biraz yavaşlıyax?”
  • Dedilər: Molla aş aparırlar. Dedi: mənə nə? Dedilər: sənə aparırlar. Dedi: sənə nə? – (c) Gülər Əhmədova
  • Dəvədən soruşdular: boynun niyə əyridi? Dedi: haram düzdür? – o qədər bu sualı verdiz ki, heyvanın psixologiyası pozuldu.
  • Düz yol gedən yorulmaz. – 10 kilometr düz yol getmişdim. 4 gün ayağa qalxa bilmədim.
  • Erməninin qocalanı köpəyə, müsəlmanın qocalanı ipəyə dönər. – (c) vətənşüvən, dinşüvən.
  • Əmanətə xəyanət olmaz. – Sovetdə bağlanan banklar əmanətlərimizi yedi amma? İndi isə qəpik-quruş qaytarırlar.
  • Əyri oturaq, düz danışaq. – İndi kresloda oturub, əyri danışırlar.
  • Görənin gözün töküncə, götürənin əlini kəsin. – Zauru saxlayınca, Gülərin əlini kəsin.
  • Göz görməsə, könül sevməz. – İndi çox gənc facebookda tanış olub, şəklini görmədiyi halda qız sevir.
  • Gözələ baxmaq göz qaydasıdır. – Gözələ dəə, mini yubkalıya yox ki?
  • Haralısan? – Hələ evlənməmişəm. – Facebookda: -salam. – mənim sevgilim var.
  • Hər gözəlin bir eybi var. – İndi hamı eybsiz gözəldi. Kosmetika və plastik əməliyyatın sayəsində.
  • Hikmətdən sual yoxdu. – (c) mamam.😀
  • Xəbərçi köpək oğludu, ona qulaq asan əbləh köpək oğludu. – Telekanallardan xəbərləri yığışdırın. Mən bu sözü götürə bilmərəm.
  • Xoruz banlamasa səhər açılmaz. – Məsələn New york və Tokyoda xoruz yoxdur.
  • İlan öz əyrisini bilməz, deyər: dəvənin boynu əyridir. – Yenə bu söhbət. Əl çəkin heyvandan!
  • İt hürər, karvan keçər. – Səhrada it görməmişəm.
  • İt yediyin qusar. – itlər qusmur.
  • Kişi kişidən qorxmaz, amma utanar. – Kişi kişidən qorxmaz, amma arvaddan qorxar.
  • Qorx Tanrıdan qorxmayandan. – Ateist dostlarım çoxdu. Mənə bir ziyanlıqları dəymiyib.

Nəysə bu qədər kifayətdi. Ümid edirəm simanızda az da olsa təbəssüm yarada bildim.🙂

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 10/10/2012, in Ümumi and tagged , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: