Fotoqrafın gündəliyi

Bu gün Bakıda Avrasiya Əməkdaşlıq Fondunun təlimində olduqca maraqlı bir mövzuyla tanış olduq. İlk mövzu foto blogginglə əlaqədar idi və bu təlimdən sonra mənim fotoqraflığa olan maraqların 90% dəyişildi də deyə bilərəm. Mənim fikrimcə hətta ən ağır peşə də fotoqraflıqdır. Çünki müharibə dövründə ölən uşaq və qadınların ölüm şəklini çəkmək və yaxud da qarşında can verən insana baxmaq, onun şəklini çəkmək elədə asan deyil. Ele deyilmi? Buna görə də bu günkü təlimdən təsirləndiyim şəkilləri və qısa tarixçələrini sizinlə bölüşmək istəyirəm. Bu yazdıqlarımın hamısını fotoqraf Türkan xanım bizə danışıb və mənim marağıma səbəb olduğu üçün dedim bir sizinlə də paylaşım.
Gördüyünüz şəkil, Nina Berman tərəfindən 2007-ci ildə çəkilib. Şəklin tarixçəsi belədir. 2 gənc nişanlarnır və belə olur ki oğlan əsgərliyə gedir və bombaya düşür. Göründüyü kimi partlama nəticəsində sifəti tamamilə yanır və baxımsız hala düşür. Buna baxmayaraq qız onunla ailə həyatı qurur.
Bu şəkil Tim Hetherinqton tərəfindən 2007-ci ildə Əfqanıstanda çəkiliib. Şəkildə Müharibədə qələbə qazanmış əsgərin yorğunluğu əks olunub.
Şəkil Malcolm Browne tərəfindən 1963-cü ildə çəkilib. Bu insan sadəcə öz maşınından düşür və öz üzərinə benzin tökərək yandırır. Ən maraqlısı isə bundadır ki, ətrafda olan insanlar bu hadisəyə göz yaşı axıtdığı halda, yanan bu şəxsin yanıb qurtarana kimi səsi belə çıxmır.
Bu şəkil Samuel Aranda tərəfindən 2012-ci ildə Yəməndə çəkilib. Şəkildə yaralanmış əsgərə yandım edən Yəmənli qadın əks olunub. Və bunu da qeyd edim ki, World Press Photo – nun 2012-ci ildə seçilmiş ən yaxşı şəklidi.
Bu şəkil Kris Hondros tərəfindən 2005-ci ildə çəkilib. Şəklə baxanda ilk təəsurat bu ola bilər ki, Amerikalı əsgər İraqlı qızı qətlə yetirmək istəyir. Amma belə deyil. Bu balaca qızın gözü qarşısında ata, anası və qardaşı  maşında partlayaraq ölür. Bu qız sağ qalır. Partlayışdan sonra isə fotoqraf belə bir şəkil çəkir.
Bunu da qeyd edim ki, şəkildə gördüyünüz Kris Hondrosdur və Kris Liviya hadisələrində bomba partlayışı nəticəsində həlak olub. Deyir incəsənət qurban tələb edir. Fotoqrafda həmçinin öz sənətinin qurbanı oldu.
Bu şəkil indiyə kimi bura qoyduğum şəkillərin içindən ən təsirləndiyim şəkildir. şəklin müəllifi Kevin Karterdir. Şəkilin tarixçəsi belə açıqlanır. Afrikada aclıqdan əziyyət çəkən insanlardan hamımız xəbərdarıq. Və bu şəkildə əks olunan uşaqda məhz Afrikada aclıqdan əziyyət çəkən insanlardan, uşaqlardan biridir. Şəkildə göründüyü kimi uşaq və uşağın ölümünü səbirsizliklə gözləyən bir qartal var. İlk baxışdan deyə bilərsiz ki, bu qızı qartal yeyir. Amma yemir, qızcığaz çox çətinliklə də olsa durub oradan uzaqlaşır. Mən burda başa düşürəm ki, fotoqraf olmaq necə ağır bir peşədir.
Bu şəxs Kevin Karterdir. Və üstdəki şəkil bu fotoqrafa aiddir. Bu şəkli çəkəndən sonra fotoqraf çox təsirlənir və öz ölkəsinə gələndə öz maşınına qaz buraxaraq intihar edir. Səbəbini isə öz məktubunda belə açıqlayır:” Mən o an orda aclıqdan ölən kiçik qızcığaza yardım eləyə bilərdim. Lakin mən oturub qartalın qızı necə yeyəcəyini gözlədim.”
Bu şəkillərdən də göründüyü kimi fotoqraflıq elədə asan bir peşə deyil. Fotoqraflıq elə bir peşədir ki, orda nə baş verməsindən asılı olmayaraq yalnız öz işini görməlidir. Yəni ki, əgər fotoqrafın gözü önündə insan can versə təbii ki fotoqrafın üzərinə düşən vəzifə onun necə can verdiyini lentə almaqdır. Bəzən insanlar elə düşünürlər ki, fotoqraf ən qəddar insan olmalıdır. Məncə hə ən qəddar yox amma biraz qəddar xüsusiyyəti olmalıdır ki, onun gözü önündə baş verən dəhşətli hadisəni lentə almağa cəsarəti çatsın. Mənim yazmaq istədiyim hələki bunlardır. Xoş oxumalar.🙂

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 10/06/2012, in Ümumi and tagged , . Bookmark the permalink. 2 Comments.

  1. Türkan xanım bir əjdahadır. Ondan yaxşı yararlanın.

    Sonuncu foto 1993-cü ilin martında Sudanda çəkilib. Sudan kütləvi aclıq hökm sürürdü. Kevin Karter fotonu çəkdikdən sonra oradan uzaqlaşır. Səhv etmirəmsə foto ilk dəfə 26 martda New York Times qəzetində dərc edilir. Fotoya görə 1994-cü ildə Pulitser mükafatı alır. Mükafatı aldıqdan 3 ay sonra depressiyaya girir və siz qeyd etdiyini kimi intihar etdiyi güman edilir.

    Sizə azərbaycanlı fotoqrafları da izləməyi məsləhət görürəm.

    Türkan Hüseynova http://turkanhuseynova.tumblr.com/
    Əhməd Muxtar http://ahmedphoto.wordpress.com/
    Azad Fotoreportyorlar Birliyi http://www.afb-fpu.com/
    AFB facebook səhifəsi http://so.ee/F0X
    Orhan Orhanov http://orhanov.com/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: