Axı niyə?..

Tarix boyunca kişi işi deyincə ağır və önə çıxan işlər nəzərdə tutulub. Ancaq ruhsal və duyğusal özəllikləri ilə tanınan bəzi işlərdə də yenə kişilər öndədir. Rəssamlıq, bəstəkarlıq və drijorluq kimi.

Şübhəsiz tarix boyunca bir çox qadın rəssam çox vacib əsərlər yaratmışdır. Nə var ki, muzeylər və də dəyərli kolleksiyalara baxınca qadın sənətçilərin əsərlərinə rast gəlinmir. Yaxşı, deyək Rafael, Rambranolt kimi ustaların yaşadıqları çağlarda qadınların sosial problemləri ilə əlaqədar xanımların rəsm çəkmələri çətin olub. Amma Picasso kimi yaxın tarixlərdə yaşamış rəssamların vaxtında belə bir problem olmuyub. O halda bunun başqa bir səbəbi var. Axı niyə?

Eyni zamanda niyə dişi cinsdə Mozart və ya Bethoven yoxdur? Axı niyə?Axı niyə orkestrlarda şeflərin hamısı kişidir? Bəlkə də orkestrların çox tərkibi kişi olduğu üçün, başlarında özlərinə doğru əlindəki çubuğu yelləyib duran bir qadının idarəsinə girmək istəmirlər?

Bu qədər olmaz. Memarlıq və mühəndislik kimi ağır işlərdə niyə kişilər daha irəlidədir? Hətta qadınların gündəlik yaşayışlarında ən çox zaman ayırdıqları iş yemək bişirməkdir və kişilərin 100-də 90-nı yumurta bişirməyi belə bacarmadığı halda nəyə görə dünyanın ən böyük yemək ustaları, aşbazlar və dequstatorlar kişidir? Axı niyə?

Bu suallar məni həmişə maraqlandırıb və maraqlandırmağa davam edəcək o vaxta kimi ki, bunların bir açıqlamasını tapım.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 21/05/2012, in Ümumi and tagged , . Bookmark the permalink. 3 Comments.

  1. KənanMəmmədly

    Ən yaxşı aşbazlar kişilərdir.🙂

  2. Əslində onun ən böyük səbəbi səbəbsizlikdir…Məsələn qayçı elə bir əşyadır ki onun yeni formasına ehtiyyac yoxdur.Yəni konkretdir..Buda belə…Səbəbi yoxdur ama ən böyük reallıqdır.😀

  3. Bilirəm və tez bir zamanda bunun səbəbini öyrənmək istəyirəm.😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: