Hesabat fason zad :)

İlk öncə yazımı yazmadan öncə üzr istəyirəm gec yazdığım üçün və başladım qaralama-cızmamı yazmağa🙂.

2011-ci il mənim üçün necə yadda qaldı? ooooooo necə yadda qalmadı ki🙂. Bu il doğurdanda mənim üçün hər tərəfli uğurlu oldu. Başlayım sadalamağa🙂.

  • Özümə blog açdım🙂. Dimeli yaz ayları idi tam yadımda deyil üzr istəyirəm. İlgar Baba Şəkiyə blog təlimi keçmək üçün gəlmişdilər və məndə bu təlimlərdə iştirak etdim. İndidə gördüyünüz kimi blogçuyam🙂.
  • Daha sonra Azərbaycanın böyük layihəsi olan blogosferdə iştirak etmək hüququ qazandım. Baxmayaraq yeni blogçuyam blogçuların toplandığı yeganə forumda iştirak etdim. Bu mənim üçün böyük fərəh idi, həmçinin bu mənə daha da çox blog yazmağıma həvəs verdi.
  • Sumqayıt blog günündə də Şəkini yazan bir blogçu kimi dostlarımla birgə təmsil etdim🙂.
  • Və ən əsası məhz bloguma görə mənə iş təklif etdilər. Hal-hazırda isə ən sevdiyim və həmişə arzuladığım bir vəzifədə çalışıram. Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin PR menegeriyəm. Əla səslənir hə? Məncədə əla səslənir🙂.
  • Mənə yeni il hədiyəsi olaraq ailəm laptop hədiyyə etdi🙂. Qardaşımın var idi amma paxıldı o mənə vermirdi öz laptopunu indi isə onun laptopundan qəşəng laptopum var😛. P.S: amma gəl ki evdə internet yoxdu hər iki laptop yatır😦.
  • Mən artıq 6 ilə yaxın idi ki hicablıydım və özümdə cəsarət toplayıb ailəmin dəstəyi ilə hicabımı açdım. Çünki mən hələ uşağam həyatı, ən əsası isə dini tam şəkildə dərk etmirəm.
  • Və sonda mənim üçün heç də xoş olmayan və ölənə kimki unuta bilməyəcəyim bir hadisə oldu. Ən yaxın dostumu xəstəlik nəticəsində itirdim. Onun üçün çox darıxıram. Heç düşmənimə də yaxın dostunun ölümünü arzulamıram. İyunun 5-i səhər saat 6-da ölmüşdü. Səni çox sevirəm Arif və ölənə kimi səni unutmayacam😦.

Hə bu da mənim hesabatım, elə də çox şey olmayıb bu il amma olanlar da super olub sonuncu hadisədən başqa. Nəysə, gələn postlaradək.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 05/01/2012, in Ümumi and tagged , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: