Bloglar Sumqayıtlayır. :)

3-4 dekabr tarixində Sumqayıtda keçirilən “Sumqayıt Blog Günü”-ndə iştirak etdim və Şəkini aktiv blogger kimi təmsil etdim. Təbii ki tək yox blogger dostlarımla birgə. Başlıqdan da bəlli olduğu kimi Blog günündə iştirak edən bütün bloggerlər məhz Sumqayıt haqda blog post yazıblar. Mən fərqli bir şey yazmaq istədim amma hamıda mətn eynidi. Nəysə çox uzatmayım Mustafaya keçim🙂.

Mən daha əvvəl də Sumqayitda olmuşdum amma Sumqayıta bir blogger gözü ilə baxmamışdım. İndi isə bir bloccer🙂 kimi  Sumqayıt şəhəri ilə tanış oldum.

Sumqayıtda 3 yerlə yaxından tanış olduq: “İREX”-in Sumqayıt filialı, “DÜNYA TV” Sumqayıtın telekanalizasiyası və Sumqayıt Şəhidlər Xiyabanı.

İlk öncə İREX Sumqayıt filialından danışım. Bizi qruplara ayıraraq ekskursiyalara göndərmişdilər. Bizdə Sumqayıtda filialı olan İREX-ə ekskursiyaya getdik. Burdaı mənzərə məni şoka saldı desəm bəlkə yalan olar, amma elədi. Təqribi 13-ə yaxın komputerlərin hamısı boş idi. Bu anda ağlıma bir sual gəldi. Ya Sumqayıt gəncləri çox sosiallaşıb, ya da sosiallaşmaq istəmirlər. Çünki İREX tamamilə boş idi. Yox günah yuya bilmərəm digər otaqda conversasion club var idi və təqribi 10-a yaxın gənc var idi. Bu mənzərəni görüb Şəki gənclərinin hamısını öpdüm🙂 İREX-in Şəki filialında nə vaxt getsəm növbə olurdu buna görə öpürəm🙂.

Keçək Sumqayıtın “Dünya TV”-sinə. ooooooo Dünya TV-də ayrıca dünyaydı🙂. Bu kanal haqqında ayrıca blog postum olacaq. Çünki bizə məhz ekskursiyada Dünya TV düşmüşdü. Orayla tanış olmalı idik və tanış olduqda. Sadəcə bunu deyim  ki, özünə görə “kanal”dıda hələki yaşayır. Şəkinin “Kanal S”-i kimi birdən-birə qalxacaq buna əmin olun.

Bloggerlər ekskursiyaya başlamamışdan əvvəl Sumqayıt Şəhidlər Xiyabanında olduq. Düzdü mən şəhidlərimizin məzarını  ziyarət edə bilmədim. Çünki məzarlıqdan qorxuram😦. Məzarlıqla tanış ola bilməsəm də, məzarlıq önündə olan sayt adlarıyla tanış oldum. Heç olmasa məzarlıqda reklam etməyin də… Hər şey bir yana, şəhidlərə hörmətiniz olsun.

Nəysə mən çox yazmayım. Yoxsa Sumqayıtdan olan blogger dostlarım məni yaxşıca yazacaqlar😀.

Amma bunu da qeyd edim ki, Sumqayıt şəhəri ayrılıqda çox xoşuma gəldi. İnsanları isə mehribandılar. Bu nəyə desən dəyər.  Ən xoşuma gələn yer isə “Göyərçin” deyilən park oldu. Şəki parklarından fərqli olaraq parka oxşayır. Və təbii ki, sahil.

Sumqayıt təsüratlarım bunlar idi. Yeni postlara qədər, hələlik🙂.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 07/12/2011, in Ümumi and tagged , , , , , , , , . Bookmark the permalink. 4 Comments.

  1. səviyəsiz insanlar sayt reklamlarını harda geldi reklam edirler. oranı məndə görmüşəm, ama ora şəhidlər xiyabanından biraz aşağıdadı.

  2. Sehidler xiyabaninin etrafindaki o reklamlara diqqeti cekmen cox yaxsidi…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: