Facebookda bunları etməyin!.. (2)

Bu blog postum daha əvvəl yazdığım Facebookda bunları etməyin blog postumun ardıdır.

1) Facebookdan şəxsi haqq-hesab vasitəsi kimi istifadə etməyin. – Heç də bütün sevgililər bir-birinə həyat yoldaşı olmurlar. Dava-dalaşla və ya dostcasına aralaşanda da olur və olur ki, məhəbbətləri 180 dərəcə dəyişərək nifrətə çevrilir.Amma facebook-u nifrət arenasına çevirmək və keçmiş məhəbbətindən intiqam almaq da heç kimə məsləhət görülmür. Yeni Zellandiyada bir nəfər öz keçmiş sevgilisinin geyimdən kasad fotolarını facebook-a yerləşdirdiyinə görə 4 aylıq həbs cəzasına məhkum olunub. Məhkəmə və onun nakam məhəbbət dərdindən içdiyini və bu addımı sərxoş vəziyyətdə atdığını yüngülləşdirici hal kimi qəbul etməyib.

2) Şantaj etməyin! – Şantaj ümumilikdə qanunsuz bir addımdır. Amma sonradan şifahi təhdidlərdən boyun qaçırmaq haradasa mümkündürsə, facebook-dan şantaj vasitəsi kimi istifadə etmək özünə quyu qazmaq kimi bir şeydir. Yenə də sözümə qüvvət, ABŞ-a, bu dəfə Viskonsin ştatına gedək. Burada Antony Stanci adlı bir şəxs facebook-da yalançı adla səhifə yaradıb. O, facebook-da qızların qılığına girərək onlardan çılpaq şəkillərini istəyir sonra da pul tələb edir və əks halda, şəkillərin internetdə yayılması ilə hədələyir. İndi onu həbs edib  15 ildə vaxt veriblər ki, türmədə oturub nə qədər pis iş tutduğunun peşmançılığını çəksin.

3) İstirahətə getməyinizlə evə dönəndən sonra lovğalanmayın! – facebook-da tez-tez belə bir divar yazısına rast gəlirsən, ” Ura! Axır ki, tətilə gedirəm Antalyaya, 3 həftə bu isti Şəkinin Qışlağından uzaq olacam. ( =D ) ” Belə yazanda sevinci təbiidir. Amma internetdəki lovğalıq adama baha başa gələ bilər. Çünki yuxarıda yazılan ən adi sözlər, peşəkar oğrunun beynində bu cür səslənir. ” Mən kasıb deyiləm, Antalyada oluram pulum var.  3 həftə evdə olmayacağam. Qışlaqda ( =D ) yaşayıram.” Sonrası isə Allah göstərməsin 3 həftəlik istirahətiniz evə dönəndə burnunuzdan gələ bilər.

4) Bahalı mal aldın, halal xoşun olsun! Amma facebook-da belə məlumat verməyə tələsmə! –  ” Özümə İPod aldım”, ” Yoldaşım mənə 5 karatlıq brilyant kompleks bağışladı”, ” Ad günümə Samsung LED TV hədiyyə elədilər” – bu səpgidə lovğalıq mesajlarına da facebook-da rast gəlmək olur. Məsləhət görülmür. Yenə də, peşəkar oğruların diqqətini cəlb etmiş olursunuz.

5) Facebook tövbə yeri deyil! – ” Heç kimə demə aramızda qalsın. Bu cinayətlərə görə adamı tutarlar.” Bu tövbə sözləri facebook-dan “isgəndər qutusu” kimi istifadə edən bir cinayətkarı tora salıb. Axı onun etibar edib, ürək açdığı facebook istifadəçisinin Allah bilir neçə min dostu var, onların da dostu, dostlarının da dostu…..

Əlqərəz facebook-da tövbə etdin, TV-də canlı yayında tövbə etdin-fərqi yoxdur.

Bu blog postun sonu =)

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 25/10/2011, in Uncategorized and tagged , , , . Bookmark the permalink. 1 Comment.

  1. Zoooor🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: