Facebook-da bunları etməyin!.. (1)

Facebook-da çox şey etmək olar. Axtardığın adamları tapmaq, maraqlı xəbərləri öyrənmək, dost-tanışın toy məclisindəki fotolarına baxmaq, sadəcə ürəyini boşaltmaq olar.

“Time Magazine” dərgisi oxucularına xatırladır ki,virtual dünya ilə yanaşı, real yaşamda mövcuddur. Sonra isə Facebook istifadəçilərinin ikili həyat tərzinə xələl gətirəcək bir siyahı tərtib edib. Siyahıda Facebook istifadəçilərinə aşağıdakı hərəkətlərdən çəkinmək məsləhət görülür:

1) Heç vaxt öz işindən şikayət etmə! – Bizim hamımızın uğurlu iş günü də olur, pis günü də. Bəzən elə təngə gəlirsən ki, Facebookda yazmağın gəlir: – ” Mən öz işimə nifrət edirəm!”. Belə hallarda şeytana lənət oxuyub bu fikirdən vaz keçin. Çünki Facebookda sizi izləyənlərin arasında həmkarlarınız,şefiniz də ola bilər. Şəxsi fikirləriniz ictimai rezenans doğura bilər.  ” Time Magazine” -nin gətirdiyi misalda ABŞ – ın Massaçusets ştatındakı məktəb müəllimi belə bir şikayətə görə işini itirib. Öz şagirdlərinə “bakteriya”, onların valideynlərinə isə “yekəxana və deyingən” adlandıran June Talvitie-Siple doktor dərəcəsinə baxmayaraq, məktəbdən xaric edilib.

2) Spirtli içki içəndə fotoaparatlardan uzaq durun, xüsusui ilə də həddi buluğa çatmayan yeniyetmələr : – Ola bilər bu məsləhətin Azərbaycana heç bir aidiyyatı yoxdu amma Amerikada qanuni yolla spirtli içki qəbul etmək üçün azından 21 yaşa çatmalısan. Bu qanunu pozanları axtarmaq üçün polis dağa-daşa düşməkdən çoxdan əl çəkib. Sadəcə, Facebook-a nəzər yetirməklə nə qədər adamı tapıb boynuna cərimələr qoya bilir. Özü də söhbət ancaq “alkoqol” yaş həddini aşmayanlardan deyil, yetkin şəxslərdən də gedir. Çünki gəncləri içkiyə qonaq etmək  də qanun pozuntusu sayılır.

3) Həyat yoldaşına xəyanət edənlərə bir daha xatırladıram ki, Facebook divarlarının da qulağı var: – ABŞ-da keçirilən sorğular nəticələrinə əsasən, boşanma işləri ilə məşğul olan vəkillər əllərində olan xəyanət dəlillərinin çoxunu sosial şəbəkələrdən əldə edirlər.

4) Facebook statusunu haradan gəldi yeniləmə! – Bu qaydanı siyahıya salan dərginin gətirdiyi misal çox maraqlıdır. Bir ev oğrusu iş başında olarkən soyduğu mənzildəki komputerdən Facebook səhifəsinə girib öz statusunu yeniləyib. Bununlada polisin işini xeyli yüngülləşdirib. Müstəntiqlər oğrunun filan vaxtda, filan mənzildə olmasını sübut etmək üçün çox da baş sındırmayıblar.

5) İmtahan suallarının cavablarını və kurs işlərini internetdən köçürmək bir çox ali məktəblərdə yasaq edilib. Kembric Universitetində aparılan sorğuya əsasən, tələbələrin 49% kurs işlərini bir-birindən köçürdür. 82% isə sadəcə vikipediadan copy-paste etməklə həll edirlər. İndi isə qərara alinib ki, Facebook səhifələrindəki cavablardan faydalanmaq  da qaydalara ziddir.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 12/10/2011, in Uncategorized and tagged , , , . Bookmark the permalink. 8 Comments.

  1. 21 ESR VIRTUAL HEYAT…

  2. he duzdu bu esr virtual heyat esidir

  3. qızlar heç vaxt yazmayın ki təklikdən bezdim :)) gələn təkliflərdən bezəcəksiz :))

  4. REALLIQ OZ MAHIYYETIN ITIRDIKCE,VIRTUAL BOYUK MAHIYYET QAZANIR…

  5. oyda lezzet eledi baji!!! superdi post lap demek istediklerimin hamisini tokmusen ee halaldu

  6. Sag ol Ay Baji siz oxuyub beyenesiz deye yazmisam zaten =)

  7. ela movzu idid cox sagol🙂 xusuen muellimenin usaqlara mikrob demeyi ve ogrunun ev komputerinden status yenilemeyei😀 gor ogru nece alude olub😀 eline sagliq )

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: