Həyata fərqli baxış…

Mənim bu postum çox tənqid olundu bloqer dostarım tərəfindən amma mənim üçün çox aktual bir mövzu olduğuna görə yenə yazmağa qərar verdim.

İnsanoğlu dediyin dünyaya azad gelib. Və hər bir insanın gözündə dünya fərqli görsənir. Kiminə görə dünya qısaca bir sınaq müddəti, kiminə görə dünya sadəcə dünya, kiminə görəysə böyük bir möcüzəli şar kimi görsənir. Mən nə demək istəyirəm?  Mən onu demək istəyirəm ki, dünyada hər bir dinə mənsub insanlar yaşayır. Və dinə inanmayan insanlar da yaşayır.

Gəldik postumun məğzinə . Mən ateistlərdən danışmaq istəyirəm. Belə insanları cəmiyyətdə sıxışdırmaq, alçaltmaq lazım deyil. Hər bir insanın hüquqi cəhətdən din seçmək azadlığı var. Heç kəs bu insanlara qarışa bilməz. Bir misal deyim. Gəzib, dolaşan uşaqların içərisinə şikəst gəzə bilməyən uşaq düşür və o gəzən uşaqlar şikəst olanla sərt rəftar edirlər. Qıraqdan baxanda görürsüz necə pis görsənir? Ateist olan insan da elə dindarların arasında özünü narahat hiss edir. Biz bunu aləmə car çəkib, ” baxın ay insanlar o ateistdir ona yaxın durmayın” deməli deyilik. Əksinə onunla ünsiyyət edib, həyatdan küsməyinin səbəbini araşdırmalıyıq.

Elə bir insan yoxdur ki, Allahı dansın, inkar etsin. Düzdü ateistlər bunu dillə deyib Allahı inkar edirlər. Amma onların qəlbi bunu təsdiq etmir. Siz hardan biləsiz axı onlar həyatda hansı əzablar çəkib belə bir qərar qəbul ediblər? Amma mən bilirəm və həmin şəxsə çox hörmət edirəm. Onun ateist olmasına da hörmət edirəm. Mənim çox yaxın bir dostum ateist olub və onun bu addımı atmasına səbəb hər iki valideynini maşın qəzasında itirməsi olub. Məndə bu günə kimi belə insanlara mənfi baxış açısından yanaşırdım. Amma mən bu dostumla yaxından tanış olduqdan sonra fikrim 90 dərəcə çevrildi.

Çox üzr istəyirəm bilmirəm kim deyib, amma çox böyük bir şəxs deyib ki, hörmət etməyi bacar ki, sənə də hörmət etsinlər. Bilirəm sizin üçün çox çətindi ateistləri qəbul etmək. Bilirəm deyirsiz ki, heç insan düşünmür ki insanın kökü necə əmələ gəlib, kim tərəfindən yaranıb və s. Hər kəs özünə cavabdehdir bu dünyada. Hər kəs öz həyatını yaşayır, özünə görə yaşayır. Və hər kəsin öz ideologiyası, öz düşüncə, öz yaşam tərzi var. Onsuzda hamının axırı bir tək yerdir – o da… Qara torpaq! O biri dünyada heç kimsə heç kimsənin yerinə cavab verməyəcək. Hmı özünün yaşadığı həyata cavab verəcək. Buna görədə heç kəsin, heç kimsənin həyatına qarışmağa ixtiyarı, haqqı, hüququ yoxdur.

Sonda o gözəl kəlamı yenə demək istəyirəm. Hörmət etmıyi bacar ki, sənə də hörmət etsinlər!

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 09/09/2011, in Ümumi and tagged , , , , . Bookmark the permalink. 4 Comments.

  1. Məncə ateizmi çox dar çərçivədən dəyərləndirmisiniz, əksinə olaraq birinin başın pis bir iş gələndə insan ateist yox daha da dinə yönələrək daxilən rahatlaya bilir. Ancaq bu cür necə deyərlər pis hadisələr yenə dindarlıq dövründə də davam etdiyi zaman insan artıq allaha üsyan edərək onun göndərdiyi iddia edilən dindən də allahdan da üz döndərir. Bu cür insanların inancı da inancsızlığı da sağlam təməl üzərində qurulmadığı üçün həyatındakı hadisələrə görə hər gün bir dini özünə yaxın hesab edə bilər.
    Bir də ateistləri sizin müqayisə etdiyiniz kateqoriya düzgün deyil. Heç kimin qəlbini də bilə-bilməzsiniz ki ona görə belə rahatlıqla yazırsınız “Elə bir insan yoxdur ki, Allahı dansın, inkar etsin. Düzdü ateistlər bunu dillə deyib Allahı inkar edirlər. Amma onların qəlbi bunu təsdiq etmir”. Bu arada ateist deyiləm )

  2. amma menim dostum bilmirem niye mehz ateist olub ki Allah aldi olari elimden neyse bu onun dusuncesidi men qarisa bilmerem. cox yaxsi buna sevindiki ateist deyilsen =)

  3. SIZIN OZ DININIZ VAR MENIM OZ DINIM (KAFIRUN SURESI)
    KIMISE TECRID EDIRLERSE DEMELI ONDAN,ONUN DUSUNCELERINDEN QORXURLAR…

  4. Yox burda qorxudan sohbet getmir Orxan =)))

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: