Həkim və xəstə…

yaşlı adam çarpayısının yanında dayanan gənc həkimə üzünü tutaraq:

-Allah səndən razı olsun. Nə qədər ki, sağam, sənin bu yaxşılığını unutmayacağam,-dedi. Əslində çarpayıda yatan bu yaşlı adam böyük bir xəstəxananın baş həkimi idi.

O, müalicəsi başqa ölkədə mümkün olanbir xəstəliyə tutulmuş, ancaq xəstəliyi ağırlaşdığından həkimlər onu öz xəstəxanasında əməliyyat etməyi qərara almışdılar. Ancaq bu gənc həkim haradnsa eşitmiş və onu əməliyyat etmək üçün xəstəxanaya gəlmişdi. Əməliyyat uğurlu keçmiş və yaşlı adam sanki yenidən doğulmuşdu. Yaşlı adam bir tərəfdən gənc həkimin əllərini tutur, bir tərəfdən də qəhərdən nə deyəcəyini bilmirdi. Nəhayət yaşlı adam dilləndi:

-Məni əməliyyat üçün aparanda, nədənsə gənclik illərimə qayıtdım. Onda hələ adi bir köməkçi idim. Bir dəfə ana bətnindəki uşağın bir ayağının şikəst olduğunu gördüm. Onun bu cür yaşamağına razı olmaqdansa, öldürməyi qərara aldım. Beləliklə, həm də onu şikəstlikdən xilas edəcəkdim. Bir az sonra uşağın ürək döyüntülərini eşidəndə bu fikrimdən daşındım. Artıq peşman olmuşdum. Görünür, o vaxt o körpəni xilas etdiyim üçün Allah da məni xilas etdi. Gənc həkimin gözləri yaşarmışdı. Buna baxmayaraq, çox sakit görünürdü. Oturduğu yerdən geri tez ayaqlarını göstərərək: -Allah heç bir yaxşılığı unutmur. Xilas etdiyin o uşaq mən idim.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 03/06/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: