Aksiyaların keçirilməsində məqsəd nədir?..

Mən sitatımın əvvəlini bir atalar sözüyləbaşlamaq istəyirəm:” Od olmayan yerdən tüstü çıxmaz”. Bunu nə üçün dedim mövzunu oxuyunca anlayacaqsınız.

1 Aprel 2011-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin Fəvvarələr meydanı adlanan ərazisində aksiya baş verib. Siyasətçilər həmin bu aksiyanı, yəni mitinqi radikal təşkilast tərəfindən alınmış insanların mitinqi kimi adlandırırlar. Amma böyük səhv edirlər. Həmin bu mitinq sakit əhalinin mitinqi idi. Məni bir sual maraqlandırır. Görəsən bu mitinq hansı siyasəti daşıyırdı ki, dövlət bu mitinqi radikal təşkilatın boynuna atıb, özü sudan -quruya çıxdı?

Bu mitinq Əli Kərimlinin mənzili önünə qədər davam etdi. Prezidentliyə iddia olan bir insanın xanımının azərilərin mədəniyyətinə, mentalitetinə xas olmayan hərəkəti jurnalistlərin və aksiya üzvlərinin təəccübünə səbəb oldu. Əli Kərimlinin xanımı Samara Kərimlinin mədəniyyəti camaata şişka göstərməklə bütün Azərbaycana məlum oldu. Ancaq bu Azərbaycan mədəniyyəti deyil, Əli Kərimli mədəniyyətidir ki, özü cürət etməyib, xanımını önə verdi.

Əli Kərimlinin sitatı. Azadlıq qəzeti, 27 aprel yayımı:”Desələr ki, Haitidə baş vermiş dəhşətli zəlzələ, Azərbaycanda da baş verəcək,heç tüküm belə tərpənməz.” sitatın sonu. Xatırladım ki, Haitidə baş vermiş həmin bu hadisə nəticəsində 270000 insan həlak olmuşdu. Əli müəllim doğru deyirsiz, Belə hadisə Azərbaycanda baş vermiş olsa, lakin həmin bu hadisə nəticəsində ancaq sizin nəsil qırılsa, mənim, nəyimki mənim bütün Azərbaycanın tükü belə tərpənməz. Hətta Belə bir hadisə baş vermiş olsa, bu günü bayram kimi qeyd edərik. Əli müəllim siz niyə azəri əhalisinə qarşı bu qədər qəzəblisiniz, Siz hələ prezidentliyə bu qədər iddialısınız, hələ bir bizim qırılmağımızı istəyirsiniz.

Mən sitatımı atalar sözüylə məhz buna görə başlatdım. Siyasətşilər, millət vəkilləri və başqa dövlət işçiləri bu aksiyaları pula satılmışların aksiyası, mənasız və məntiqsiz aksiya, bekar insanların aksiyası adlandırırlar. Ancaq  biz aksiya üzvlərinin məqsədi Əli Kərimli kimi dövlət nümayəndələrinə qarşıdır. Jurnalist və millət vəkili olan Vahid Abbasın sitatı:”Jurnalistlərin bu aksiyalarda tutulmasına və döyülməsinə səbəb onların özlərini aksiya üzvü kimi aparmalarıdır. Yoxsa Azərbaycan polisi heç vaxt jurnalist hüquqlarını tapdalamaz.” sitatın sonu. Vahid müəllim düzdüyaşım azdı, amma məsləhət görürəm azadlıqradiosu.org saytını açın və oradakı videoları, səs yazmaları, fotoları izləyin, sonra deyin kim-kimin hüququnu tapdalayıb.

Vahid Abbasın bu sitatı azmış kimi, sosial şəbəkələrdə və internet saytlarında bu aksiyalarla bağlı yayılmış video, foto və səsyazmaların uydurma olduğunu iddia etdi. Məncə də çox gülməlidir. Ən azından mən olmasam da, yaxın dostum bu aksiyalarda iştirak edib və səbəbsiz yerə polis tərəfindən döyülərək, 15 sutkalıq həbs olunub.

Bu aksiyalar 11 mart 2011-ci il tarixində də olmuşdu.Onda da aksiya iştirakçılarını dəli adlandırıb, mitinqin mənasız yerə keçirildiyini iddia etmişdilər. Bu zaman da biz aksiya üzvləri Azərbaycan polisinin mədəniyyəti ilə yaxından tanış olmuşduq.

Mən bu barədə çox yazmaq istəmirəm. You tube-ni açıb orada polis mədəniyyətini izləyə bilərsiniz. Və bunu da demək istəyirəm ki, mənasız olan bizim aksiyalar yox, sizsiniz. Ona görə ki bizi bu aksiyaları keçirtməyə məcbur edirsiniz. Öz mədəniyyətiniz haqda xəbərdar olmaq istəyirsinizsə, hansısa bir sayt və ya sosial şəbəkələri açıb izləyə bilərsiniz.

Bütün bloggerlərə uğurlar.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 13/04/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: