Sualtı heyvanlar…

Su ilə stəkana qoyduğunuzqaşıq sınmış kimi görünür. Bunun səbəbi işığın suda sınmasıdır. Eyni şəkildə, kənardan baxdıqda sudakı cisimlərin ölçüləri və yerlərifərqli görünür. Maraqlıdır, görəsən, suyun altında da belədir? Sualtı canlılar da cisimləri bizim kimi görürmü? Su altında əşya və canlıların necə göründüyünü daha aydın başa düşmək üçün işığın bəzi xassələrini bilmək lazımdır. İşıq şüalarının bir hissəsi suya daxil olur. Bu vaxt suya daxil olan işıq şüaları sınır. İlk 10 metrdə işığın 90, ilk 40 metrdə isə 99 faizi udulur. Dərinə getdikcə müxtəlif dalğa uzunluqlu işıqlar görünməz olur. İnsanın görə bilmədiyi ultrabənövşəyi şüalar bir neçə millimetr, infraqırmızı şüalar isə bir neçə santimetr dərinlikdə udulur. İlk 5 metrdən sonra qırmızı, daha sonra isə sarı işıq dalğaları yayılmır. Buna görə də, qırmızı rəngi 5,sarını8, yaşılı 10, mavini 25 metrə qədər dərinlikdə görə bilirik. 30 metrdən dərində isə bütün növ mavi və onun çalarları şəklində görünür. Ancaq hər hansı bir işıq mənbəyinin köməyi ilə qırmızı rəngi 30 metrdə də görmək olar. Buna görə də, dalğıclar özləri ilə fanar götürürlər. 200 metrdən dərində Günəş işığı yayılmış, 100 metr dərinlikdə isə ancaq mavi-yaşıl dalğa uzunluqlu işıqlar görünür.

Balıqlar ən çox mavi işığa həsasdırlar. Su altındakı heyvanlar quruda yaşayanlardan fərqli olaraq işıqdan az istifadə edirlər.

Suyun sıxlığı havaya nisbətən çoxdur, bundan əlavə, planktonlar və sudan ” asılı olan” zərrəciklər onun şəffaflığını azaldır. Bu isə sudakı cisimləri və uzaq məsafələri aydın görməyə mane olur. Balıqların gözlərində işıqqəbuledici hüceyrələr var. Bu hüceyrələr çubuq və konusşəkilli olmaqla iki cürdür. Çubuq hüceyrələr ağ və qara rəngləri, konusşəkilli  hüceyrələr isə digər rəngləri qəbul edir. Köpəkbalığı, dənizpişiyi və dərin dəniz balıqları çubuqçəkilli hüceyrələrə malik olduqları üçün ancaq ağ-qara rəngdə görürlər. İşıq bir mühitdən başqa bir mühitə keçdikdə “sürətini azaldır” və istiqamətini dəyişir. Bu da sudakı cisimlərin ölçülərinin və yerlərinin fərqli görünməsinə səbəb olur. Suya daxil olarkən sındığı halda işıq balıq gözünün buynuz təbəqəsindən sınmadan keçir. İnsan gözlərində isə işıq buynuz təbəqəsinə çatdıqda sürətini azaldır və görmə sahəsindən daha çox işıq qəbul etmək üçün sınır, buradan linzaya keçir və sınaraq görmə hüceyrələrinə çatır. Burada buynuz təbəqəsi linza kimi fəaliyyət göstərir. Balıqlarda isə buynuz təbəqəsi yox kimidir. Çünki işıq birbaşa linzaya keçir və burada sınır. Buna görə də, qaranlıqda zəif işığı qəbul etmək üçün balıq gözünün linzaları ətrafa doğru genişlənir və balıqlar bu qa

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 04/03/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: