Çay haqqında nə bilirsiniz?..

Çayın kəşfi ilə bağlı müxtəlif rəvayətlər olsa da, ən etibarlı rəvayət Çin imperatoru Şen Nunqun adı ilə bağlıdır. Əgər bu rəvayəti əsas götürsək, çayı e.ə 3 minillikdə Çin imperatoru Şen Nunq tərəfindən kəşf olunduğunu deyə bilərik.

Bir gün Şen Nunq öz bağında su qaynadarkən içinə koldan bir neçə yarpaq düşür. Nunq yarpaqları götürmədən suyu qaynatmaqda davam edir. Ətrafa xoş bir ətir yayılmağa başlayır. İmperator maraq göstərib suyun dadına baxır və beləcə, çay kəşf olunmuş olur. Çayın adı da elə Çin dilindəki “ça ” adından götürülüb. Ona ruslar və biz “çay” deyirik, ərəblər “çaye” , yaponlar da eynilə çinlilər kimi “ça” deyirlər.

Çayın avropada ayaq açması isə 1610- cu ildən başlayıb.Halbuki o vaxtlar çay Orta Asiyada o qədər də qiymətli idi ki, ticarətdə çox vaxt pul əvəzinə çaydan istifadə edirdilər. Avropaya gəldiyi ilk vaxtlarda tacirlər çayı qızdırmanı salan, mədə ağrısını kəsən, revmatizmin qarşısını alan vasitə kimi təqdim etməyə başladılar. Həkimlər isə bir az da irəli gedərək, çaydan hazırlanan iksirin bütün xəstəliklərə qarşı müqavimət yaratdığını və qocalmanın qarşısını aldığını deyirdilər. Zaman keçdikcə çayın əleyhinə də fikirlər yayılmağa başladı. Məsələn, fransız fiziklər çayı əsrin ən mənasız yeniliyi olduğunu zənn edirdilər. Alman həkimlər isə 40 yaşdan sonra çay içənlərin daha tez öldüklərini iddia edirdilər. Hətta İngiltərədə qadın jurnalları evdən qadınların çayın ucbatından ev işlərinə soyumağa başladıqlarını yazırdılar. Ancaq bunların heç biri çayın dünyanın ən sevilən içkisi olmasının qarşısını ala bilmədi.

Çayın geniş yayılmasının bir səbəbi də Tomas Sollivanın paket çayı icad etməsi oldu. Belə ki, çay və qəhvə ticarəti ilə məşğul olan Sollivan müştərilərinə tez-tez çay nümunələri göndərir. Əvvəllər bu iş üçün tənəkə qutulardan istifadə edən Sollivan sonralar əldə tikilmiş ipək torbaların daha əlverişli və ucuz olduğunu gördü. Çox keçməmiş sifarişlər artmağa başladı. İş o yerə gəldi ki, müştərilərin çoxu artıq adi çayları deyil, torba içərisindəki nümunə çaylara üstünlük verirdilər. Beləliklə, torba içərisində istehsal edilən çayın miqdarı adi çay istehsalının yarısını təşkil etməyə başladı. Bu gün isə 500 illik tarixi olan çayın illik istehsalı 2 milyon tondan a

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 04/03/2011, in Ümumi, Uncategorized. Bookmark the permalink. 3 Comments.

  1. Maraqli melumatdi cox sag ol…

  2. deymez isim budur

  3. Bu meqaleni oxuyanda anladim ki,sen deme cayhaqqinda esl heqiqeti bilmiremmish.Etrafli ve dolgun melumatcun thanks………….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: