Kiçik bir tərslik…

Adamın tərsliyi, 7 cahana yayılmışdı. Dünyaya da tərsindən gəldiyi söylənirdi. Uşaqlıq illəri daxil, corab və ayaqqabılarının tərs olmadığı görülməmişdə. Hər kəs düz gəzərkən o tərsindən yeriyər, hər kəsin ağ dediyinə o qara deyərdi. Yataqda belə tərs yatıb, ayaqlarını yastığa qoyar, eşşəyinə tərs mindiyi üçün Molla Nəsrəddinə həsəd aparardı. Getdiyi bütün məktəblərdən tərs üz edildiyində dərsxanada iş tapdı və qazandığı pula bir ingilis markalı maşın aldı. Beləliklə, rolun tərs tərəfdə olduğunu hesab edib, sağdan düzəltdirdi. Böyüdükdə idmana maraq artdı.

Adam, əsasında dindar bir ailədə doğulmuşdu. Fəqət sırf tərslik olsun deyə atasının yolundan  getməmiş və “qal ” dediyi üçün çıxıb getmişdi.

Adam gərçək şöhrətini, kəlimələri tərs oxumaqla qazandı. Hər hansı ir kəlimə dediyində, onu tez tərsinə çevirib və qarşısındakını heyran qoyardı. 5 il sürən çalışmalar nəticəsində bacara bildiyi bu işin “faydasız şeylər” olduğunu söyləyənlərə inad olsun deyə, 15 il daha çalışıb işi cümlələrin üzərinə tökdü. Və uzunluğuna baxmadan bütün cümlələri tərsinə çevirər hala gəldi. Özüylə reportaj etmək istəyən jurnalistlərə təklifini, çəkdikləri fotoları tərs yayınlanması şərtiylə qəbul etdiyində şöhrəti daha da artdı. Vəteleviziyalarda onun haqqında sujetlər getməyə başladı.

Adam, dünyaca məşhur olmaq üzərəykən xəstələnib yatağa düşdü. Həkimlər, qurtulma ümidinin qalmadığını söylədilər. Adamın, digər insanların tərsinə olaraq sağ tərəfindəolan  qəlbi, artıq dayanmaq üzərə idi. Baş ucunda Quran oxuyan əmisi, son anlarında qulağına şəhadət kəliməsini pıçıldayırdı, adam böyük bir qeyrətlə təkrar etməyə çalışırdı. Fəqət kiçik bir tərslik etmiş, illərin verdiyi alışqanlıqla kəlimələri tərsindən söyləyirdi.

Adam ölmüşdü və yenə də öz qəbrində tərsinə yatırdı.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 25/02/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: