Sağlam həyat tərzi…

Əgər bir insan həyatı, yaşamağı sevirsə, onda təbii ki, özünə qarşı da bu hissləri keçirməlidir. Bunun üçün isə ilk növbədə insan gərək öz sağlamlığının qaydına qalmalıdır ki, yaşasın, yaşadıqca da sevib-sevilsin.Sağlamlığın əsas şərtləri idmanla məşğul olmaq, düzgün qidalanmaq, gigiyena qaydalarına riayət etmək, sağlamlığın əsas şərtləridir. Sağlamlığa zərər yetirən şeylərdən isə uzaq olsaq təbii ki, daha uzun ömür sürərik. Sağlamlığa ziyan vuran şeylər isə siqaret çəkmək və içki içməkdir.

Sağlamlığın əsas şətlərindən biri olan idman biz insanları həm formada saxlayır, həm də bədəndə olan bəzi artıq piy piqmentlərini əridir. Piy piqmentləri bizim ən böyük problemimizdir, əsasən də sğlamlığımız üçün olduqca təhlükəlidir. Çünki piy toxumaları çox olan qızın və yaxud da oğlanın gələcəkdə valideyn olmaq şansı, normal ininsandan səviyyəcə olduqca azdır. Elə yeri gəlmişkən deyim ki, Amerikada hər 4 nəfərdən1-i piylənmədən əziyyət çəkir. Bunun başlıca səbəbi düzgün qidalanmamaqdır. Bir insanın normal qidalanma formulu gündə 5 dəfədir. Təbii ki,  doyunca yemək yox, az-az yemək daha məqsədə uyğundur. Bir anda normadan çox qida qəbul etdikdə, insanın orqanizmi bunu həzm etməkdə çətinlik çəkir. Elə buna görə də piy piqmentləri çoxalmağa başlayır.

Sağlamlığın prinsiplərindən biri də düzgün yuxu rejimi qurmaqdır. Düzgün yuxu rejimi isə 1 gün ərzində 4-5 saatı təşkil edir. Bəli məhz 4-5 saat. Mən bu rəqəmləri uydurub demirəm dünyaca məşhur olan alimlər bu rejimdən istifadə ediblər. İnsan yuxlayanda beynin bəzi aktiv olan toxumaları məhv olur. Oyananda isə bu toxumalar özünü bərpa edir. Məhz bu toxumalar 4-5 saat ərzində yenidən bərpa olunur.Əgər bir insan 10-12 saat yatırsa həmin bu toxumalar özünü bərpa edə bilmir, nəticədə insanda halsızlıq, yaddaş zəifliyi və unutqanlıq meydana gəlir. Bunları mən yox həkimlər bildirib. Ona görə də, əziz şagirdlər, abituriyentlər, tələbələr özünüzə yuxu saatı az olan bir rejimə alışdırın. İnanın bu sağlamlıq üçün olduqca vacibdir. Bizim millət o qədər yatmağa meyillidir ki, 10 saatdan az yatanda gözlərində şişkinlik əmələ gəlir. Bunu az yatmağın boynuna atırlar, amma bu şişkinlik çox yatmağın əlamətləridir.

Gigiyena qaydalarına riayət etməmək orqanizmdə böyük fəsadlar törədir. Məsələn əgər əlimizi yumadan yemək əlimizdə olan milyonlarla bəlkə də milyardlarla mikroblar yemək bizim orqanizmimizə daxil olur və böyük fəsadlar törədir. Bunlardan əsası isə mədədə və bağırsaqlarda qurdun meydana gəlməsinə səbəb olur ki, məhz bu qurdlar gigiyena qaydalarına əməl etməyəndə meydana gəlir. İndaka dövrdə qızlarımız, qadınlarımız dəb xətrinə dırnaqlarını uzadırlar və onlara boya çəkib elə zənn edirlər ki, dırnaqlar təmizdir. Ancaq dırnaqları nə qədər təmizləsən onun dibində olan mikrobların heç yarısını məhv edə bilməzlər. Təkcə 1 əlin kiçik barmağının dırnağının altında təzminən 1 milyona yaxın mikrob olur və hər an bizim orqanizmə hücuma hazır vəziyyətdədirlər. Onlar məhz bizim orqanizmə müsbət təsir edəcək piqmentlər sayəsində qidalanaraq, əvvəl dediyim kimi qurdlar əmələ gətirir.

İndi isə sağlamlıq üçün zərərli olan şeylər barədə söhbət açaq. Bunlar təbii ki, siqaret çəkmək və içki içməkdir. Bir siqaret insanın ömründən 4 dəqiqə məhv edir. Bu alimlərin araşdırmalarının nəicəsidə meydana çıxıb. İnda siz təsəvvür edin ki, siqaret çəkən insan ömrünün neçə ilini tüstüyə qurban verib. Siqaret qəbul edən insanların nəfəs borularında , ağ ciyərlərində və ürəyində olduqca ciddi olan xəstəliklər törədir. Bu ağır olan xəstəliklər törənir. İnsan nəyə görə bilə-bilə özünü məhv edir? İçki içən insanların isə mədəsində deşiklər , bağırsaqlarda isə sallanmalara səbəb olur. Siqaret çəkmək təkcə onu  qəbul edən insana yox, həmçinin də onun əhatəsində olan insanlara da mənfi təsir edir. Buna görə də, yaşamaq üçün belə vərdişlərdən uzaqlaşmaq lazımdır.

İnsan həyata bir dəfə gəlir. Buna görə də çalışaq ki, bu həyatı mənalı və sağlam başa vuraq. Həyatı sevirsənsə sağlamlığını da sevməlisən. Axı həyat gözəldir və yaşamağa dəyər. İnsan bir məqsədlə dünyaya gəlir. Çalışaq ki, məqsədimizi bilib, ona əməl edək. Daha belə pis vərdişlərə yiyələnib, sağlamlığımıza ziyan vermayaq.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 24/02/2011, in Uncategorized. Bookmark the permalink. 1 Comment.

  1. bu movzuda cox gozeldi . gerek her kes oz saglamligini qorusun. nece deyerler saglam bedende saglam ruh…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: