Şəkinin təhsil problemi…

Şəkidə təhsil olduqca aşağı səviyyədədir. Xüsusən də bu problem kənd yerlərində  daha qabarıqdır. Burada yaşayan qızlarımız təhsil almaqdan məhrumdurlar. Onlar ərkən yaşlarından valideynlərinin təcidi ilə ərə verilirlər. Elə bütün valideynlər öz qızlarının gələcəyini fikirləşərkən, onu tez ərə vermək haqda fikirləşirlər. Amma həmin valideynlər axı nəyə görə fikirləşmirlər ki, ali təhsili hansı universitetdə alsın. Mənim arzum budur ki, valideynlərimiz, içində mənimkilər də olmaq şəti iləbelə şey fikirləşsinlər. Bu təhsilin bir problemi.

Digər bir təhsil problemi isə pulla oxumaqdır. Mən əminliklə  sizə deyə bilərəm ki, Şəkidə atestat və şəhadətnaməni pulla alırlar. Digər şəhərlərdə olduğu kimi biz imtahan vermirik, pul veririk. Mən özüm də məktəbli olduğum üçün, bu məktəblərin adlarını çəkə bilmərəm. Məni üzrlü hesab edin.

Nəyə görə sinif jurnalında 14 nəfər ola-ola, bunlardan 5-i, çox olsa 7-si dərsə gəlir? Özüm sual verib, özüm də cavab verim. Ona görə ki, onlar repititor yanına gedirlər (dırnaq arası). Onla rəslində usta yanına, maşınqayırma yerlərinə gedib guya sənət öyrənirlər (bu oğlanlara aiddir). Onlar bunu niyə fikirləşmirlər ki, bu sənətlə onlar 5 il uzağı 10 il dolana bilərlər. Onlar niyə bunu düşünmürlər ki, diplom alsaq bununla ömür boyu dolanmaq olar. Nəysə bu problemdən də çox danışmayaq.

Hə… Əsas problem. Buna mən  böyük problem yox, böyek dərd deyərdim. Bu da məktəblərin təmirsiz və avadanlıqsız olmasıdır. Avadanlıq deyəndə mən lobarotoriya nəzərdə tuturam. Mən 11 il oxudumamma məktəbimizdə belə bir şey görmədim. 4 ildir kimya keçirəm, amma birləşmələri bilmirəm. Ona görə ki, 1 kömürü gətirib əzib, onun reaksiyasını bizə göstərən olmadı. Olsun informatikadərsi. Şəkinin maarifi danışanda elə danışır ki, guya şəkinin təhsilindən Azərbaycanda yoxdur. Şəxsən mən məktəbimizdə təhsil alan 200 uşağın adından deyə bilərəm ki, biz məktəbdə kompyuter üzünə həsrət qalmışıq, həmçinin müəllimənin üzünə. Ona görə ki, məktəbdə 1 kompyuter var o da ki məlum öz yerində, yəni direktor kabinetində. Qaldı müəllimə ona deyəndə ki, bəs sizin dərsinizdi. Deyir ki, mən gəlib sizə hansı kompyuterdə dərs keçim. Bir yana baxanda haqlıdsır da. qayıdaq laborotiyaya, biz reaksiyaları bilməsək 4-cü və 1-ci qrupa necə imtahan verəcəyik. Qəbul ballarını artırmaqdansa, rayon məktəbləri ilə məşğul olun görün təhsil qaydasındadır. Sonra istəyirsiz qəbulu 500-ə çatdırın. Axı onlar bizə hansı təhsil verirlər ki, bizdən qəbul tələb edirlər. Hər ay qəbul qaydaları yenilənir. Ondansa pulla oxumağa son qoyulsa daha məqsədə uyğun olar.

Bir sözlə deyə bilərəm ki, mən bir məktəbli kimi aldığım təhsildən olduqca narazıyam. Özüm də bu ilin abuturiyentiyəm, qəbula hansı biliklə gedəcəm bunu Allah ilir.

Allah hamımıza bütün abituriyentlərə qəbulda yardımçı olsun inşallah. Ümid təhsilə yox, Allahadır.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 16/02/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: