Bu da belə bir oxşarlıqdır…

Heç kibrit qutusuna diqqət yetirmisinizmi? Əgər diqqət yetirsəniz, siz də, dediklərimə haqq verərsiniz.

Kibrit çöpləri insanlara, kibrit qutusu isə yaşadığımız cəmiyyətə bənzəyir. Elə çöplər var ki, bir məqsəd üçün yanırlar. Kimisi  siqaret yandırır, kimisi ocaq, kimisi də boş yerə yanıb gedir. Özü ilə birlikdə böyük bir evi, böyük bir meşəni yandıranlar da olur. Ancaq qutuya baxanda hamısı eyni görünür. Bəziləri o qədər nazikdirlər ki, sanki yeri-göyü yandıracaqlar. Ancaq özlərini də yandıra bilmirlər. Bəziləri də əyri-üyrüdürlər. Ancaq sözdə əyri-üyrü olsalar da, işlərində düzdürlər.

Bəzi insanlar qalın köplər kimi ümidlər puça çıxarırlar. Və çox keçməmiş məhv olurlar. Bəziləri isə bir lampanın fitilini yandırırlar. Özləri getsələr də, işıqları qalır. Əlsiz-ayaqsız, şikəst insanlar isə əyri çöpləri xatırladır. Onların qiyməti formalarında yox, məzmunlarındadır. qutu isə yaşadığımız cəmiyyətdir. Yaş qutudakı kibritləri nə qədər yandırmaq istəsəniz də, yandıra bilməzsiniz.

Bəzi çöplər isə tər təbiətli insanlar kimidirlər. Bütün çöplər bir tərəfə baxsalar da, onlar tərs tərəfə baxırlar. Qutu açılanda da ilk gözə dəyən onlar olurlar. Bir də bir-birinə yapışan çöplər var. Onlardan biri yanan kimi istər-istəməz o birisi də yanır. Ancaq ən dəhşətlisi özləri ilə birlikdə qutularını dayandıranlardır. Yaşadıqları cəmiyyəti məhv edənlərdir.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 16/02/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: