Rüşvət, rüşvət, yenə də rüşvət…

Əslində mən bu mövzuda yazası deyildim. Amma yaxın bir dostum mənim bu mövzuda olan fikirlərimin geniş olduğunu görüb, məne bu möv zuda yazmağa vadar etdi.

Keçək mövzuya. Bu mövzuda fikirlər çox genişdir və hər kəs bundan narazıdır. Siz bir fikir verin, hər işin başı rüşvətdir. Daha əvvələ gedək. İnsan dünyaya gələndə sestralara rüşvət verirsən. Buna dırnaq arası şirinlik deyirlər. Sonra bir az böyüyürsən bağçaya gedirsən. Onda da rüşvət verirsən. Bir az da böyüyürsən məktəbə gedirsən. Onda da müdirinə  rüşvət verib 1-ci sinfə gedirsən.

Mənim başıma məktəb rüşvəti ilə bağlı bir hadisə gəlib. Mən orta məktəbdə 11-ci sinifdə oxuyuram. Təbii ki, ilin sonunda atestat almaqdan ötəri 2 dəfə imtahan verməli olacam. Bu imtahanlar 8 əsas fənndən olacaq. Bəs qalan fənnlər? Mən bununla bağlı məktəbimizin direktoruna müraciət etdimki, imtahana düşməyən fənnlərdən qiymətlərim yaxşı olsun. Digərləri də ki, Allah bilən məsləhətdir. Xahişimin əvəzində direktorumuzun cavabı o oldu ki, valideynin mənə salam versin, sonra istəyirsən 10 yazım.

Başıma gələn digər bir hadisə. Bizim ailədə təcili səfərə gedəsi idik. Buna görə də əvvəlcə şəxsiyyət vəsiqəsi, sonra isə 18 yaşımın tamamında xarici passport almalı idim. Ancaq kimə deyəsən? Mənim şəxsiyyət vəsiqəmi tam 1 ilə verdilər, halbuki 1 aya hazır olmalı idi. Mən özüm Moskvada anadan olduğum üçün, mənə bəhanə qoydular ki, Azərbaycan vətəndaşı deyilsən, miqrasiya idarəsindən ərayiş gətir. Ancaq həmin bu idarə bizə deyir ki, onlar sizə vəsiqəni verməlidirlər. Nəysə söhbəti uzatmayım, bu işin də sonu 200 manatla qurtardı. Hələ bilmirəm yazda alacağım xarici passport neçə manatla qurtaracaq?

İnsan həyatı başdan-ayağa rüşvətdir. Məktəbdə oxuyursan, rüşvət. İnstituta girirsən, rüşvət. İşə girirsən, rüşvət. Stolbaya girirsən, stolbanın sahibinə, rüşvət. Nə qədər dəhşətli olsa da, ölürsən, ölüyə də mollalar rüşvət alır. Hörmətli dostlarım, mənə elə bir yer deyin ki, orada rüşvət olmasın. Çünki rüşvət məni bezdirib. Əslində belə bir yer var, amma o biri dünyada. Bu da cənnətdir. Mənə bu dünyada rüçvət olmayan yer lazımdır. Tapsanız mənə də deyin.

Gəlin biz gənclər heç olmasa gələcək dünyamızı rüşvət dünyası etməyək. Öz əlimizi də buna öyrəşdirməyək. Rüşvətə verilən pulu bir xeyir iş üçün verək. Beləcə biz həm rüşvət alanın, həm də verənin günahlarının azalmasına səbəs olarıq. Həm də kimisə sevindirərik. Kəmisə sevindirmək yaxşıdır, yoxsa kiminsə qarnını yekəltmək? Bunu hamımız yaxşı bilirik ki, ilk variant daha əlverişlidir. H

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 28/01/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: