Həyatımız özü bir dərin quyudur…

Bir kəntlinin bir qatırı var idi. Bir gün bu qatır boş bir quyuya düşdü. Niyə düşdü, necə düşdü soruşmayın. Kim bilir, bəlkə quyunun üstünü ot basmışdı, kim bilir, bəlkə quyunun üstünü torpaq örtmüşdü, kim bilir, bəlkə quyunun üstünə taxta düşmüşdü… Nə isə… Heyvan saatlarla quyudan çıxmağa çalışırdı. Ancaq nə qədər çalışsa da, bir xeyri olmadı. Qtırın səsinə sahibi gəldi. Qatır quyunun dibindən çıxmağa çalışır və arabir yazıq-yazıq sahibinə baxırdı. Üstəlik də,yaralı idi. Qatırın sahibi tez kəndliləri köməyə çağırdı. Nə edək, necə edək qatırı quyudan çıxaraq deyə fikirləşməyə başladılar. Ancaq heç bir çarə tapa bilmədilər. Axırda quyunu torpaqla doldurmağı qərara aldılar. Beləcə həm qatırı əzabdan qurtaracaq, həm də quyunun ağzını bağlayacaqdılar. Və əllərinə götürdükləri kürəklərlə hər tərəfdən quyunun içinə torpaq atmağa başladılar. Ancaq qatır hər dəfə üstünə torpaq düşəndə silkinir və torpaq ayaqlarının altına töküldükcə  sıçrayıb üstünə çıxırdı. Ayaqlarının altındakı torpaq qalxdıqca qatır da qalxırdı. Və çox keçmədi ki, qatır quyunun üstünə çıxdı. Bəli, bir az əvvəl quyunun dibində ölümlə üz-üzə qalan qatır indi quyunun üstündə sağ-salamat dayanmışdı. Əlbəttə ki, təslim olmayıb mübarizə apardığı üçün…

Problemlər də belədir. Bəzən o torpaq kimi üstümüzə tökülür. Hələ üstəlik, kənardan üstümüzə torpaq atanlarda az olmur. Ona görə də, quyudan  xilas olmaq üçün yeganə yol təslim olmaq yox, mübarizə aparmaqdır. Hətta ən dərin quyuda olsaq belə…

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 28/01/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: