Çiçəklə suyun nağılı…

Salam mənim dostlarım. Mən blogumu oxuyan hər bir kəsi özümə dost hesab edirəm. Nəysə çox uzatmayım. İndi isə mən sizə olduqca amma olduqca gözəl bir nağıl təqdim edirəm. Mən bu nağılı jurnalların birindən oxumuşam. Amma bu nağıl ürəyimin dərinliyində yer tapdığı üçün, plagiatda olsa öz blogumda yazmağı qərara aldım.

Bir gün Çiçəklə Su dost oldular. Sonra bu dostluq məhəbbətə çevrildi. Əvvəlcə Çiçək Suya aşiq oldu. Ürəyi köksünə sığmır, hər tərəfə xoş ətirlər yayırdı. Çox keçməmiş Su da qəlbində Çiçəyə qarşı qəribə hisslər duymağa başladı. Hiss etdi ki, o da Çiçəyə aşiqdir.

Günlər, aylar keçdi. Çiçək:”Görəsən Suda məni sevir?”-deyə düşünməyə başladı. Bir gün Çiçək dözə bilməyib ürəyini Suya açdı. Su da onun sevgisini cavabsız qoymadı. Beləcə aradan bir xeyli vaxt keçdi. Çiçək yenə Suya:”Mən səni sevirəm.”-dedi. Su da çiçəyə :” Mən səni sevirəm.”-deyə cavab verdi. Çiçək yenə səbirlə gözləməyə başladı. O artıq əvvəlki kimi ətrafa xoş ətirlər yaya bilmirdi. Nəhayət son gücünü toplayıbSuya :”Səni sevirəm”-dedi. Su da ona yenə :” Mən də səni sevirəm.”-deyə cavab verdi.

Bir gün Çiçək xəstələnib yatağa düşdü. Rəngi soldu, bənizi saraldı. Başa düşdü ki, artıq öləcək və son dəfə üzünü Suya tutub çətinliklə də olsa:” Mən səni sevirəm”-dedi. Su çox məyus oldu və sevgilisini ölümdən xilas etmək üçün bir həkim çağırdı. Həkim gəldi. Çiçəyə baxandan sonra :” Xəstələnibvəziyyəti çox ağırdı. Qorxuram ki, artıq onu xilas edə bilməyək”-dedi. Su sevgilisinin dərdini öyrənmək istədi. Həkim bir qədər düşündükdən sonra Suya baxıb:”Çiçəyin elə bir dərdi yoxdur. Onun dərdi… susuzluqdur. “0deyə cavab verdi. Su gec də olsa hər şeyi başa düşdüki, sevdiyinə sevirəm demək azdır.

Bəli belə bir romantik nağıl. Görürsüz sevgi hər şeyin açarıdır. Hətta ölümün belə. Sevgiyə susamış birisi sevgiylə sərinlik ta

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 28/01/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: