Baxdıqlarımız və gördüklərimiz…

İnsan bir pula baxanda gözü onun kağızını, ağlı onun dəyərini, hissləri isə bu dəyərlə nələr əldə edə biləcəyini görür. Ya da bir sənət əsərinə baxanda gözü onun materialını, ağlı onun dəyərini, hissləri isə o əsərin hansı mənanı ifadə etdiyini görür. Elə isə ən kiçik bir parçanın belə dəyərini maddi şeylərlə ölçə bilmədiyimiz, ən kiçik bir parçasında belə qeyri-adi bir sənətin şahidi olduğumuz bu aləmdə  təkcə Onun materialını görməməliyik.

Yaxud da bir oğlan qıza baxdıqda onun fiqurasını, ağlı onun gözəlliyini, hissləri isə bu qızla tanış olardım deyə fikirləşir. Bəlkədə əksinə qız oğlana baxanda onun yaraşığını, ağlı onun pulunu, hissləri isə o məni alaydı deyə fikirləşir.

Bunların hamısı uşaq oyunudur. Axı niyə bu insanlar həmin qızların, yaxud da oğlanların bəyəndikləri insanın xarici quruluşu maraqlandırır? Xoşbəxtlik xaricdə yox, daxildədir. Siz xoşbəxtliyi nə pulla, nə də gözəlliklə satın ala bilərsiniz. Ona görə də ailə qurarkən insanın xaricini yox, daxilini bəyənərək ailə həyatı qurun. Məncə bu dünyadakı yeganə xoşbəxtlik sevgidir və sevilərək ailə qurmaqdır. Yalnız insanların bir-birinə olan sevgisi bu dünyanı xilas edəcək. Ona görə ki, Allahı insanların pis əməlləri qəzəbləndirir. Əgərinsanlar mehriban və imanlı olsalar Allah biz insanlara qəzəblənməz.Ən azından biz insanlar bunun üçün yaradılmışıq ki, bir-birimizə sevgi ilə yanaşaq.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 26/01/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: