Üzr istəməkdən çəkinməyin…

Hər bir insan səhv edə bilər. Ancaq əsas məsələ səhvini başa düşmək və üzr istəməyi bacarmaqdır. Üzr istəyə bilmərəm demək isə zəiflik əlamətidir. Üzr istəmək bir mənada da eqoizmdən xilas olmaqdır.İnsanın eqoizmə məğlub olması, ilk növbədə, onun inkişafdan qalması deməkdir. Bu baxımdan üzr istəmək zəiflik yox, iradə əlamətidir. Əgər ortada bir səhf varsa, üzr istəmək və bu səhvi düzəltmək lazımdır. Ailə həyatına  gəlincə, ailədə bu məsələ daha həssasdır. Hər bir insan ailədə problemlərlə üzləşə bilər. Buna görə də istər qadın, istərsə də kişi yuxarıda qeyd etdiyimiz prinsipləri mənimsəməli və üzr istəməkdən çəkinməməlidirlər. Üzr istəməyi bacarmaq ailə daxilindəki münasibətlərin möhkəmliyi üçün də vacibdir. Əgər ailədə hər hansı bir problem varsa, bundan hər iki tərəfin ziyan görməsi təbiidir. Bu prizmadan baxdıqda, üzr istəməyi bacaran adam əslində öz əmin-amanlığını da qorumuş olur. Digər tərəfdən, üzr istəyərkən qarşı tərəfin üzrünüzü qəbul edib-etməyəcəyini də düşünməməlisiniz. Çünki əsas məsələ bu işdə təmənnasız davranmaqdır. Digər tərəfdən, üzr istəmək yalvarmaq da deyil. Buna görə də bütün səhvlər qarşısında üzr istəmək şərtdir. Ancaq qarşı tərəfin bundan sui istifadə etməsinə də yol verilməməlidir. Beləliklə, həm evinizdəki problemlərin böyüməsinin qarşısını alır, həm də ailə həyatınızın möhkəmlənməsinə xidmət etmiş olarsınız.

Bağışlamağı bacar ki, bağışlanasan. Əziz dost bu sözləri unutma və hər zaman etdiyin səhv

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 21/01/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: