Əzbər bildiyimiz ata sözləri…(2)

Əvvəl-əvvəl hər şey düşüncə ilə pozulur. Sonra bu pozğunluq, bu qüsur özünü dildə göstərir. El arasında atalar sözü, zərb-məsəl adı altında xeyli xətalı ifadələr, günah yükü deyimlər var. Tam əminliklə deyə bilərəm ki, o deyimlərin tariximizlə, milli-mənəvi dünyamızla heç bir əlaqəsi yoxdur. Hamısı da sovet dövründə müxtəlif cərəyan nümayəndələri tərəfindən uydurulub. Diqqət yetirin:”Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma.” Heç bu qədər də əxlaqdan, həqiqətdən uzaq bir ifadəni xalqın adına bağlamaq olar? Kim uydurdu bu xətalı deyimi? Kim yüklədi o günahı bu sözlərə? Sonra da bütün bunları xalqın adına yazmağa çalışırlar. Bir də iş bircə bununla bitsə, nə var idi ki? Ana körpə balasını oxşayır:” Allah babası.”-deyir. Təbii ki, ana bu sözləri bilərəkdən, mənasına vararaq demir. Ancaq bu iki kəlmədə Quranı inkar var. Çünki Quranda Allahın doğulmadığı və doğurmadığı açıq-aydın göstərilir. Başqa bir misal. Biri o birinə qəzəblənərək:” Səni o kişiyə tapşırdım,” deyir və “o kişi” deyəndə də Allahı nəzərdə tutur. Allahın cinsiyyət haqda danışmaq da düzgün deyil. Daha bir misal. Birinin xəsisliyini ifadə etmək üçün başqa birisi:” Heç Allah da ona verdiyi canı ala bilmir.”-deyir. Bu da günahın elə bir dərəcəsidir ki, haqqında düşünmək belə adamı qorxudr. Allah istədiyini istədiyi anda yaradır və istədiyini istədiyi şəklə salır. Onun iradəsindən kənarda heç bir şey yoxdur. Bu cür deyim Allahın qdrətinə şübhə, inamsızlıq ifadə edir və bir qədər irəlidə də dediyimiz kimi milli-mənəvi deyimlə bu sözlər arasında heç bir əlaqə yoxdur.

İnsan xətalarının çoxunu dili ilə işləyir. Birinə bir söz deyirsən, sonra vicdan əzabı çəkirsən. Əksər hallarda isə dediyin sözün altında hansı mənanın yatdığından xəbərsiz olursan. Hər kəs nə dediyinə diqqət yetirsin, gün ərzində hansı sözləri, cümlələri işlətdiyini xatırlasın, sonra da onların mahiyyətinə varmağa çalışsın, hansı sözdə nə qədər şər,nə qədər xeyirpayı olduğunu müəyyən etsin. Unutmayaq ki, dil ruhun, xarakterin ən bariz göstəricisidir. Dili xarab olan birinin ruhunun, xarakterinin yaxşı olduğunu iddia etmək absurddur.

Gəlin həm dilimizi zərərli sözlərdən təmizləyək, həm də özümüzü xətalardan qoruyaq. Üstəlik, evimizdə böyüyən böyüyən körpələrin bizim hərəkətlərimizdən nümunə götürdüklərini unutmayaq. Həm də təkcə körpələrimiz yox, bizə baxanları da yaxşı mənada tərbiyə etmiş olaq. Bir məsəldə deyildiyi kimi

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 21/01/2011, in Ümumi. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: