Taleyin acığına…

Yazıçılarımız, şairlərimiz taledən çox gileylənirlər.İstəyirsiniz Nizaminin dövrünə baxın, istəyirsiniz Füzulinin, istəyirsiniz Vaqifin, ya da istəyirsiniz öz dövrümüzə… Həmişə narazıdırlar, həmişə gileylidirlər.Guya hər şeyin yaxşısı keçmişdə qaldı. Guya gələcək dediyimiz şeydə yaxşı heçnə yoxdur.Halbuki, dövr elə həmin dövrdür, zaman elə həmin zamandır. Həmişə qışda soyuq olur, yazda isə isti. Günəş səhər doğur, axşam batır. Dəyişən bir şey yoxdur. Dəyişən biz özümüzük. İş orasındadır ki, bu cür dəyişikliklər bəzən düşüncələrdə xətaya yol açır. Məsələn:”Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim.”

Nekroloqlara diqqət yetirin. Əksər hallarda belə bir ifadə işlədirlər:” Filankəsin vaxtsız ölümü ilə əlaqədar”… Ölümün vaxtsızı olur ki? Hər yaşda ölüm var- 3 yaşda, 13 yaşda, 33 yaşda.Ona görə də” vaxtsız ölüm” ifadəsi dinimizə ziddir. Çünki bizim dinimiz deyir:” Taleyi Allah yazır.”

Bir də görürsən ki, baba nəvəyə əsəbiləşir və “Zəmanən dağılsın” deyir.Bu qarğışdırmı, söyüşdürmü, deyə bilmərəm, ancaq onu bilirəm ki, çox ağır ifadədir. Zaman həyatımıza biçilmiş dondur, ölçüdür, Allahın sifətlərindən biridir. Bizim üçün ölçüdür, qəlibdir və hr birimiz bir zaman dilimi içərisində ömür yaşayırıq.

Zamana söymək xətadır, günahdır.Ümumiyyətlə, zamanla ayaqlaşmaq, onun ritminə uyğunlaşmaq insan üçün uğurun ən mühüm amillərindən biridir. Hərzaman dilimizdə isə bizim üçün cürbcür imkanlar, qazanclar var…

Buna görə də bisavadlara demək istəyirəm ki, ağzınızdan çıxanı qulağınız eşitsin ki günaha batmayasınız və batmayaq. Ən azından Allah Təala bizə 1,5 kq-lıq bein verməyib ki, nə istəsək onu da edək. İnsanları Allah ən ağıllı varlıq kimi yaradıb. Çox təəssüf olsun ki, mənim zamanımın və mənim ölkəmin insanları heç heyvanın ağlı qədər ağıl sahibi deyil . Mən bunu tam əminliklə və tam şəxsi imzamla deyirəm: Blogger-Reyhan Hostchu.

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 19/01/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: