Mürəkkəb haqqında nə bilirik…

Mürəkkəbin tarixi yazının tarixi qədər qədimdir. Min illər əvvəl kəşf edilən yazı ilk vaxtlar daş və ağac parçaların üzərində yazılırdı. Daha sonra bu iş bişirilmiş lövhələr üzərində görülməyə başladı. Bu vaxt müxtəlif minerallardan və bitkilərdən əldə edilmiş boyalardan istifadə edilirdi.

Ancaq eradan əvvəl 2500-cü illərdə Çində və Qədim Misirdə mürəkkəbin kəşf edilməsi yazı mədəniyyətinin inkişafında ciddi təkana səbəb oldu.Daha sonra yunanlar və romalılar da mürəkkəbdən istifadə etməyə başladılar.

Mürəkkəbin iki əsas birləşməsi var. Bunlardan birincisi mürəkkəbə rəng verən piqment maddəsi, ikincisi isə yazının kağıza yapışmasına səbəb olan birləşmədir. Qədim dövrlərdə mürəkkəbin hazırlanması ölkələrdən asılı olaraq dəyişir və müxtəlif minerallardan əldə edilirdi. Bəzi ölkələrdə mürəkkəbi üzvi, bəzi ölkələrdə isə qeyri-üzvi boya maddələrindən əldə edirdilər. Sonra mürəkkəbin keyfiyyətini artırmaq üçün bu boya maddələrinə müxtəlif qarışıqlar əlavə edilirdi.

Orta əsrlərdə mürəkkəb istehsalında daha çox ağaclardakı düyünlərdən istifadə edilirdi. Ancaq bu üsulla əldə edilən mürəkkəblər çox keyfiyyətli olmadığı üçün yazılar tez solur və ya itirdi.

18-ci əsrdə mürəkkəb istehsalında çox ciddi sıçrayış oldu. Artıq bir yox, bir neçə rəng mürəkkəb istehsal edilirdi. Üstəlik, mürəkkəblər istifadə olunduğu sahələrdən asılı olaraq dəyişirdi. Yazı mürəkkəbi, mətbəə mürəkkəbi, surət mürəkkəbi və s. kimi mürəkkəblər də ilk dəfə bu dövrdə meydana çıxdı.

Uzun müddət mürəkkəblərin düsturları gizli qaldış Demək olar ki, hər mətbəə öz mürəkkəbini özü hazırlayırdı. Ancaq 1818-ci ildə fransız mətbəəçisi Pyer Loril ilk mürəkkəb fabrikini qurdu və istehsal etdiyi mürəkkəbləri başqa mətbəələrə satmağa başladı.

 Kiçik bir haşiyə.

Özünüz öz mürəkkəbinizi hazırlamaq istəyirsiniz? Elə isə bunun üçün bir narın qabığını və bir stəkan sirkə götürün. Sonra nar qabığını sirkənin içinə qoyun. Bir həftə günəş işığının altında saxlayın. Artıq mürəkkəbiniz hazır

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 19/01/2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: