Bu da demokratiya…

Mən məktəbliyəm və mən hicablıyam.Bununla da fəxr edirəm, etməkdə də davam edəcəm.Ancaq məni bu sevincdən doymağa qoysalar… İndi də bizim dırnaq arası demokratik cəmiyyətimiz hicabı orta  məktəbdəqadağan edib. Ona görə qadağan edib ki, müəllimlərimiz açıq qıçlarımıza daha yaxşı baxsınlar. Axı niyə dizdən 10 barmaq yuxarı yubka geyən şagirdlərə qadağa qoymurlar.Axı niyə siqaret, narkotika çəkən şagirdlərə qadağa qoymurlar. Ona görə qoymurlar ki, müəllimlərin siqareti qurtaranda şagirddə ehtiyat siqaret var. Onlara belə sərf edir.

İndi siz mənə deyin hansı demokratiyadan danışaq? Hansı azadlıqdan danışaq? Bu millət heç vaxt demokratik olmayıb, olmayacaqda.Çünki demokratiya hər bir insanın fikir, din, təhsil azadlığı deməkdir.Ancaq bunların heç biri çox təəssüf olsun ki, bizim millətdə yoxdur.Əsl demokratik dövlət Türkiyədir. Bu dövlətdə hər bir azadlıq var. Bu dövlətdə hicaba da, ateizmə də yer var. Ona görə ki, əsl demokratiya belə olmalıdır.

Azərbaycan xanımları, Azərbaycan qızları adda müsəlmandırlar.Ruhən müsəlmandan əsər-əlamət yoxdur. Müsəlman qadınları belə olmalı deyil, müsəlman qadınları açıq-saçıq geyinməli deyil. Dinimizə Qurani-kərimə , Peyğəmbərimizə, Yaradanımıza hörmət edən qadınlar Onların buyruqlarını yerinə yetirməlidir. Axı nəyə görə mən küçədə gedərkən yəhudi qadınıyla, müsəlman qadınını ayıra bilməyim? Axı nəyə görə hansısa bir oğlanın qıza ağzı sulana-sulana baxmağının şahidi olum? Axı nəyə görə qadın evdə öz zövgəsinə bəzənmək əvəzinə, bayıra çıxarkən bəzənməlidir.Evdə pijamayla, saçları dolaşıq halda gəzən qadın, bayıra çəxarkən elə bəzənir ki, evdəki qadından əsər-əlamət qalmır.

Belə etməyin bacılarım! Allahı qəzəbləndirməyin.Allahın buyruqlarını yerinə yetirin.Yoxsa allah bizi gəzalandırar. Əslində artıq Allah qəzəblidir, biz insanlara.Bir dünyaya baxın, siz bir dönüb dünyaya baxın. Hər bir ölkə təbii fəlakətlərdən əziyyət çəkir.Özü də fikir verin ki, bu dövlətlər Allahı danan dövlətlərdir.Allahda bu fəlakələrdə onlara sübut edir ki, belə etməyin insanlar,Məni danmayın!

Dinimiz gözəldir, ancaq başa düşənlər üçün gözəldir. Demokratikəm, dindaram deyənlər üçün isə… Axı niyə mən başqa bir dövlətdə oturub TV izləyərkən eşitməliyəm ki, Azərbaycanda hicablı qızların oxumağına qadağa qoyulub.Sonra o dövlətin insanları deməzlərmi ki, dövlət müsəlman, demokratik ola-ola belə bir hərəkət edir? Bu bizim dövlətə yaraşarmı?

Hələ Allah bizim dövlətin başına müsibət gətirməyib.Amma siz biz dindarlara qarşı bu cür haqsız hərəkət etsəniz, Allahı qəzəbləndirəcəksiniz.

Hələ bir Qarabağ problemini həll edək.Sonra bizlərə mane olun! Hələ bir məktəblərintəmirinə,məktəblərin istilik sisteminə, məktəblərin laborotiya kabinetlərinə, kimya otaqlarına nəzarət edib, bizə bu şəraiti yaradın, ən azından təhsilə baxan “böyüklər”-in işi budur. Sonra bizə qarışın. gücünüz elə biz qızlara çatır? Mənim bu qədər aqressiv olmağıma səbəb budur ki, axı ay Misir Mərdanov biz demokratik dövlətik. Axı biz azad dövlətik. Belə xırda məsələlər demokratiya adını daşıyan heç bir dövlətdə yoxdur. Amerikada, Rusiyada, Fransada hicablı qızlar var və bu qızlar asanlıqla təhsil alırlar.Halbuki bu dövlətlər xristian ölkələridir. Bu ölkələrdə hər bir dinə hörmət var. Bu dövlətlər demokratik dövlətlərdirvə həqiqətən də bu ada layiqdirlər

Axı siz bu qədər günahla Allahın hüzuruna necə gedəcəksiniz? Bəlkə də Azərbaycanda 1 milyona, bəlkə də bundan çoxdur.Kim bilir? Bu qədər günahsız, bu qədər Allaha yaxın, Allahı sevən insanların qarğışlarıyla, göz yaşlarıyla haraya qədər gedəcəksiniz. Çox sağ olun bizim boynumuzda olan bütün günahları öz boynunuza yüklədiniz.Yox siz bu qədər günahla şadlıqla yaşamayacaqsınız.Allah sizi artıq lənətləyib.bu sözləri unutmayın, ən azından bunlar saf bir qızın, günahsız bir qızın, hicablı bir qızın, təhsil almaqdan məhrum olmuş bir qızın sözləridir.

Bu sözlərdən sonra istəyirsiz blogumu bağlayın, istəyirsiz məni məktəbdən azad edin. Mən nə qədər ki, öz azadlığımım tapmayacam, bu sözlər hər yerdə sizin qarşınıza çıxacaq.Gəlin heç olmasa demokratiya adını qoruyun.Buna layiq olmasaq da…

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 17/01/2011, in Uncategorized. Bookmark the permalink. 3 Comments.

  1. Xanim, siz chox cavansiniz ve sizi inandiriram ki, bir chox sheyleri de basha dushmursunuz ve fikrinizi temiz bashqa istiqamete yoneltmisiniz.
    Turkiyeni demokratik olke sayan insan, getsin orada da yashasin. Men sadece bele insanlarin bir dushuncesini basha dushe bilmirem. Eger bashi bagli deyilsense, bashi bagli xanimlarimiz onlar haqqinda pis fikirde olurlar, onu da bu yazida gordum. Hech kimi gunahlandirma, gunaha da batma. Kimin ureyinde ne var, onu hech kim bilmir. Eger sen Allahin qulusansa hech kimi gunahlandirmamalisan, chunki o Allaha mexsusdu ve her bir insan Allahin quludu, pisi de, yaxhisi da.
    Men shexsen dovletin bu siyasetini destekleyirem, chunki Azerbaycanda bugun dine inananlardan, dinini ve imanini satanlar choxdur ve bunun garshisini almaq dovletin borcudur. Dovlet eger bir qanun qebul edibse ki, hami mektebli formasinda getmelidir mektebe, demeli hami qanuna tabe olmalidir.
    P.S. Bu menim fikrimdi, fikrinizi ifade ede bilersiniz, ancaq bu movzuda artiq yazmaq istemirem, onsuzda lazimi meqamlari yazdim, elavem yoxdur.
    Sag olun. Ugular.

  2. Qeseng yazidi Reyhan

  3. ilk yazilarimdan biridi 🙂

Leave a comment