Sonrakı peşmançılıq…

İndi sizə bir yaşlı insanın başına gələn hadisədən danışacağam. Qəbiristanlıqda dəfn mərasimi başa çatmaq üzrə idi.Bu vaxt əlli illik ömür-gün yoldaşını itirən 78 yaşlı qoca: “Onu necə də çox sevirdim.”-deyərək hönkür-hönkür ağlamağa başladı.Bir anlığa nə edəcəklərini bilməyən ailə üzvləri onu sakitləşdirməyə başladılar.Onlar bir tərəfdən atalarını sakitləşdirir, bir tərəfdən də: “Yaxşı, ata! səni başa düşürük ancaq, zəhmət olmasa indi sakitləş.”-deyə təsəlli verirdilər. Nəhayət, növbə ailə üzvlərinin qəbirə torpaq atmasına çatdı. Qocadan başqa hamı növbə ilə qəbirə torpaq atdı. Qoca isə hələ də: “Onu nə qədər çox sevirdim,” -deyə təkrar edirdi. Üstəlik, qəbiristanlığı tərk etməyə başlayan izdihamdan fərqli olaraq, o getmək istəmirdi. Bir azdan, qocaya yaxınlaşan din xadimi: “Nə hiss etdiyinizi başa düşürəm. Ancaq artıq getmək vaxtıdır. Buradan getməli və həyatınıza davam etməlisiniz,” -dedi. Əlacsız qalan qoca bir daha “Onu nə qədər çox sevirdim”, -dedivə əlavə etdi:”Ancaq mən bunu ona bircə dəfə də olsun deyə bilmədim.

Ona görə də Əziz oxucularım sevdiyiniz insana onu sevdiyinizi bildirin ki, sonra peşman olmayasınız. Peşman olduqdan sonra isə gec olacaq. Siz ona onu sevdiyinizi deməkdən qorxmayın, ondan qorxun ki, bir gün görmüsən sevdiyin artıq başqasının qisməti olub. Bu həyatdakı ən ağır acıdır. Çünki mən sevmirəm və sevginin necə ağır olduğunu bilmirəm

About Raya Babayeva

Yaddash MGIB PR manager, blogger

Posted on 14/01/2011, in Ümumi. Bookmark the permalink. 3 Comments.

  1. Gözəl yazıdır. Həqiqətən də insanı düşünməyə məcbur edir. Uğurlar

  2. Cox goeldi . Hemiwe bele davamli olaraq yaz.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: